Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Made in Jojuq Marcanli” brendinə millət vəkilləri NƏ DEYİR?
Tarix: 13.09.2017 | Saat: 13:59:00
Bölmə:Siyasət | çapa göndər

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə maraqlı təşəbbüs irəli sürüblər. Türkiyə iş adamları bildiriblər ki, onlar “Made in Jojuq Marcanli” brendi ilə dünyaya məhsullar çıxarmaq istəyirlər. Daha doğrusu, qardaş ölkənin sahibkarları işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində uzun illərdən bəri istifadəsiz qalmış torpaqlarda heyvandarlığın inkişafına sərmayə qoymaq niyyətlərini açıqlayıblar. Bundan sonra isə həmin ət və yem məhsullarını elə “Cocuq Mərcanlı” brendi ilə dünya bazarına çıxarmaq niyyətindədirlər.

Bu təşəbbüsə nə cavab veriləcəyini bilmirik. Təşəbbüsün özü isə ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanıb. Sosial şəbəkələrdə, mediada türk iş adamlarının belə niyyəti təqdir olunub.

Millət vəkili Məlahət Həsənova hafta.az-a açıqlamasında deyib ki, Ali İhsan Gençin timsalında irəli sürülən bu təşəbbüsü yüksək qiymətləndirir. Millət vəkilinin sözlərinə görə, “Cocuq Mərcanlı” adı altında elə bu ərazidə istehsal edilən malların dünyaya çıxarılması indiki məqamda iqtisadi sahədə uğur hesab oluna bilər:

“Biz Azərbaycan haqqında, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı bütün istiqamətlərdə iş aparırıq. Cocuq Mərcanlı Azərbaycan türklərinin min illərdir yaşadığı qədim yaşayış məskənlərimizdən biridir. Hətta elm adamları, alimlər eramızdan əvvəl burada yaşayış məskənlərinin olmasını faktlarla sübut ediblər. Bu mənada türkiyəli iş adamlarının “Cocuq Mərcanlı” brendi ilə dünyaya çıxması ilə bağlı təşəbbüslərini alqışlayırıq. Ulu öndər də deyib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Ankara ilə Bakının problemləri ortaqdır. Sevincimiz də, kədərimiz də birdir. Təkcə türk iş adamları yox, biz də imkan olduqca Cocuq Mərcanlı adı altında bütün beynəlxalq təşkilatlarda, iqtisadi sferada, mediada, ədəbiyyatda – bütün sahələrdə layihələr həyata keçirməliyik. Təbii ki, Azərbaycan xalqı işğala qarşı öz qətiyyətini göstərir. Heç vaxt bir zərrə  qədər torpağımızın da erməni işğalı altında qalması faktı ilə barışa bilmərik. Əminik ki, bütün torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Türkiyədən olan iş adamlarının, dostlarımızın Qarabağ məsələsinə, Cocuq Mərcanlıya bu qədər həssaslıqla yanaşmasını təqdirəlayiq hesab edirəm. “Cocuq Mərcanlı” brendi altında dünyaya çıxacaq məhsullar Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir. Bu da iqtisadi metodlardan biridir. İnanıram ki, bizim dövlət strukturlarımızla, aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra bu təşəbbüs gerçəkləşdiriləcək”.  

Digər millət vəkili Azər Badamov isə hesab edir ki, Cocuq Mərcanlı Qarabağın işğaldan azad edilən ayrılmaz tərkib hissəsidir. “Cocuq Mərcanlı” brendi adı altında dünyaya hər hansı məhsulun çıxarılması müsbət hal kimi qiymətləndirilməlidir. İşğaldan azad edilmiş bu yaşayış məntəqəmizin timsalında gələcəkdə - işğal faktoru aradan qalxdıqdan sonra Qarabağ brendinin formalaşdırılması, dünyada tanıdılması məsələsini də indidən düşünmək olar:

“Qarabağ” brendi ilə məhsullarımızı dünyaya çatdırmaq mümkündür. Bu təşəbbüs Cocuq Mərcanlının simasında Qarabağın – işğal altında olan ərazilərimizin Azərbaycan üçün necə vacib olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından siyasi əhəmiyyəti olan bir fürsətdir. Təbii ki, gələcəkdə torpaqlarımız işğaldan azad ediləcək. Əvvəllər Qarabağ bölgəsində “Ağdam” brendi altında çaxır istehsal edilirdi. Hətta SSRİ miqyasında məşhur idi. Düşünürəm ki, torpaqlarımız azad olunduqdan sonra həm “Cocuq Mərcanlı”, həm də “Ağdam” çaxırının adı özünə qayıdacaq. Təbii ki, həmin məhsullar da işğaldan azad edilən yerlərdə istehsal ediləcək. Kəlbəcərdə və ayrı-ayrı yerlərdə böyük mineral sular istehsal olunaraq dünya bazarına çıxarılacaq. Qarabağda bizim böyük mineral su ehtiyatlarımız var. Ümumiyyətlə, Qarabağ çox zəngin bir ərazidir. “Qarabağ” brendi altında gələcəkdə burada çoxlu sayda məhsullar istehsal edilə bilər. İnanırıq ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bütün bunların hamısı gerçəkləşəcək. Türkiyə iş adamlarının bu bölgədə əkinəyararlı yerlərdə heyvandarlığın inkişafı ilə bağlı ideyasını təqdirəlayiq hesab edirəm.  Burada istehsal olunan məhsulları “Cocuq Mərcanlı” brendi adı altında dünya bazarına çıxarmaqla bağlı fikirlərini yüksək qiymətləndirirəm. Bu həm də dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu göstərəcək bir nüansdır”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017