Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dörd ölkə birgə bəyanat yaydı
Tarix: 13.09.2017 | Saat: 12:42:00
Bölmə:Siyasət | çapa göndər

Qətər xarici işlər nazirinin İnsan Hüquqları Şurasında etdiyi iddiaların rədd edilməsi ilə bağlı Antiterror koalisiyasına daxil olan dövlətlər tərəfindən bəyanat qəbul edilib.

Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyindən hafta.az-a verilən məlumatda bildirilir ki, Səudiyyə Krallığı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Taninin İnsan Hüquqları Şurası qarşısında etdiyi çıxış, beynəlxalq ictimaiyyətin Qətərin böhranın həqiqəti ilə bağlı rəyini azdırmaq məqəsdi güdür.

BƏƏ-nin BMT-də və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi səfir Ubeyd Salim əz-Zəabi tərəfindən İnsan Hüquqları Şurasının 36-cı sessiyasında təqdim etdiyi birgə bəyanatda bildirilir: “Qətər nazirinin öz hökumətinin dialoqa hazır olduğu iddia etməsi, onun öz aqressiv siyasətini dəyişdirmədən beynəlxalq ictimaiyyət və ictimai rəy qarşısında imicini yaxşılaşdırmaq cəhdidir. Bu dörd dövlət Qətər xarici işlər nazirinin bəyanatında faktların saxtalaşdırılması cəhdinə cavab vermək haqqından istifadə edərək bildirir ki, bu Qətərin siyasi böhranın həqiqəti ilə bağlı beynəlxalq ictimaiyyət və ictimai rəyi davamlı azdırmaq cəhdini əks etdirir. Bundan əlavə o, terrorizm, ekstremizm və nifrətçilik yayan çıxışları dəstəklənməsi və maliyyələşdirməsi, pozuculuq salması, dövlətlərin daxili işinə qarışması faktını inkar etmək siyasətini yürüdür”.

Bəyanatda daha sonra deyilir: “Biz Qətərin bir çox illərdir sistematik şəkildə radikal ideologiyalara və terrorizm ideyalarına dəstək verməyinə, zorakılığa rəvac verməyinə və nifrət təbliğ edən çıxışları yaymağına son qoyulması zərurətini vurğulayırıq. İyirmi ildir Qətər ekstremizm və terrorizmi dəstəkləyən bir platforma quraraq, terror ideologiyasının təşviqi ilə məşğul olmuş və bu ideologiyaya qulluq edən və bəziləri artıq beynəlxalq terrorizm siyahısında olan şəxsləri maliyyə dəstəyi, təhlükəsiz sığınacaq ilə təmin edib. Həmin şəxslərin terror fəaliyyətinin təsiri bölgənin bir çox hökumətləri və xalqlarını əhatə etmiş, eləcə də onun xaricində yerləşən digər ölkələrin xalqlarına qədər gedib çıxıb. Buna misal, Yaxın Şərqdən kənarda yerləşən bir qrup qardaş və dost ölkələrin Qətərə qarşı oxşar tədbirləri görməsidir”.

Səfirlikdən Hafta.az-a daxil olan daha bir məlumatda isə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir bəyan edib ki, Küveyt əmirinin vasitəçiliyini, Qətər hakimiyyətini düzgün yola qaytarılması ilə bağlı gördüyü təqdirəlayiq səyləri, həmçinin Qətərin 13 tələbi tanımağa və onun ətrafında dialoq aparmağa hazır olması haqqında verdiyi bəyanatı yüksək qiymətləndirir.

Dörd dövlət bəyan edib ki, tələblərin yerinə yetirilməsi ilə bağlı aparılacaq dialoqa heç bir ilkin şərtlər qoyulmamalıdır. Həmçinin, vasitəçiliyin hərbi müdaxiləni dayandırılmasında uğur qazandığı ilə bağlı Küveyt Əmirinin dediyi sözdən təəssüfünü bildirərək qəti vurğulayır ki, hərbi variant heç bir halda nəzərdən keçirilməyib və keçirilməyəcək: “Qətərlə bağlı yaranan böhran tək Körfəz ölkələri ilə bağlı olmayıb, bir çox ərəb və müsəlman dövlətləri əhatə edir. Bu dövlətlər Qətərin müdaxilələri və terrora dəstək verməsi ilə bağlı mövqelərini bildirib. Küveyt Əmirinin açıqlamalarından sonra Qətər xarici işlər nazirinin etdiyi çıxış təsdiqləyir ki, dörd dövlətin öz maraqlarını qanuni və suveren formada qorumaq üçün gördükləri boykot tədbirləri qaldırılmayınca Qətər dialoqu rədd edəcək. Qətərin dialoq üçün ilkin şərtlər irəli sürməsi göstərir ki, o, dialoq aparmaq, terrora və onun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq, dövlərlərin daxili işinə qarışmamaq məsələlərində ciddi deyil”.

Dörd dövlət, böhranın həll edilməsinin yeganə yolunun terrorizmin dəstəklənməsi və maliyyələşdirilməsinə son qoyulması zərurətini, böhranın bunsuz həll edilməməsi istəyini vurğulayan ABŞ prezidenti Donald Trampın qətiyyətli mövqeyini yüksək dəyərləndirirlər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017