Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan Myanmada baş verənlərə üç prizmadan yanaşmalıdır” - POLİTOLOQ
Tarix: 13.09.2017 | Saat: 13:45:00
Bölmə:Siyasət | çapa göndər

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım edildi. Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərildi.

Hafta.az-ın xəbərinə görə, artıq yardım ünvanına çatıb. Bu barədə Pakistan mediası da məlumat yayıb. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Millət vəkili, politoloq Sahib Alıyevin sözlərinə görə, biz qaçqınlıq, köçkünlük, humanitar fəlakətlə üzləşmiş bir xalqıq. Ona görə də Rohingyadan qovulanlara ilk yardım göstərən dövlətlərdən birinin də məhz Azərbaycan olması tam anlaşılandır və alqışlanmalıdır:

“Orasını da deməliyik ki, azərbaycanlıların öz yurd yerlərindən didərgin salınmasıyla Rohingyada baş verənlər həm də bir-birindən çox fərqlənir. Azərbaycan Myanmada baş verənlərə üç prizmadan yanaşmalıdır. Birincisi, Qərb-Çin qarşıdurması prizmasından. İkincisi, Dağlıq Qarabağ problemini göz altına almaqla. Üçüncüsü, yüz minlərlə insanın məhz yox, həm də müsəlman olduqlarına görə üzləşdikləri bir faciə kimi. Yəni, Azərbaycanın atdığı bu addım həmrəylikdən çox yanımcıllıqdır. İlk növbədə humanitar xarakter daşıyır və fikrimcə, belə də olmalıdır”.

Millət vəkili onu da qeyd edib ki, başında de-fakto Aung San Suu Kyiin durduğu Myanma dövlətinin Rohingya müsəlmanlarına yanaşmada yeritdiyi, hələ yumşaq desək, amansız siyasət təbii ki, pislənməyə bilməz:

“Görünür, Myanma prezidenti Qorbaçovla Obama Nobel Sülh ödülünü “layiq olduğu” qədər “haqq” edir. Amma biz, orasını da unutmamalıyıq ki, hazırda orada yaşananların arxasında bəlli güclərin öz geosiyasi maraqarlarını reallaşdrmaq niyyəti durur. Onlar Rohingyadakı ekstremistlərdən faydalanmaqla indi də islamla buddizmi üzə-üzə qoymağa, əsas rəqib gözündə gördükləri Çinin əl-qolunu bağlamaq və içinə sıçraması üçün dörd bir tərəfində xaos ocaqları yaratmağa çalışırlar ki, sosial şəbəkədəki qaragüruhçuların istəklərinə rəğmən biz burada tərəf ola bilmərik”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017