Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qarabağla bağlı istənilən danışıq Paris üçün məqbuldur" - Səfir
Tarix: 13.09.2017 | Saat: 14:39:00
Bölmə:Siyasət | çapa göndər

Fransanın İrəvandakı səfiri Yan-Fransis Charpentier Ermənistan və Azərbaycan dini liderlərinin Moskvada keçirilən görüşünə münasibət bildirib.

Hafta.az armenpress-ə istinadən yazır ki, Rusiya patriarxı ikinci Kirilin vasitəçiliyi ilə düzənlənmiş həmin görüşdən söz açan fransalı diplomat deyib ki, Dağlıq Qarabağ probleminin həlli müstəvisində istənilən danışıq Paris üçün məqbuldur.

"Baxmayaraq ki, Moskva görüşünü şərh edən bəziləri guya Kremlin bu yolla Qarabağ məsələsində liderliyi əlində saxlamaq istəməsi kimi yozur, əslində bu da Fransa üçün məqbuldur. Yetər ki, münaqişə həllini tapsın" - deyib Fransa səfiri. Onun sözlərinə görə, dialoqun kim tərəfindən və harda aparılması deyil, davamlı olması vacibdir. “Moskva görüşündə çox vacib bir fikrin altı cızıldı: hər iki lider Qarabağ məsələsinin dini deyil, etnik mahiyyət daşıdığını, çözümün isə danışıqlar yolu ilə baş tutmasını vacib sayıb" deyib səfir. 

Xatırladaq ki, Ermənistan və Azərbaycanın dini liderləri II Qaragen və Şeyxülislam Hacı Allahşükür Paşazadə sentyabrın 8-də Moskvada Rusiya Patriarxı Kirilin vasitəçiliyi ilə bir araya gəlib və danışıqlardan sonra birgə bəyanatla çıxış etmişdilər.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017