Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İŞİD yenildikcə radikalların fəallığı artacaq” – İLHAM İSMAYIL
Tarix: 13.09.2017 | Saat: 16:28:00
Bölmə:Siyasət | çapa göndər

Son dövrlərdə paytaxta nisbətən əyalətlərdə radikal dini qurumların fəallığı müşahidə olunur. Doğrudur, Bakıətrafı kəndlərdə və Sumqayıtda hələ də radikal dini cərəyanların nümayəndələrinin olması ilə bağlı şaiyələr var. Bununla belə, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının bölgələrdə keçirdiyi son aylardakı əməliyyatlar birinci cümlədə ifadə etdiyimiz fikrin təsir gücünü bir qədər də artırır.

Ötən gün Qəbələdə qanunsuz dini ədəbiyyatlar, xəncər aşkar edilib. Əməliyyatı Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirib. Radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.Götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan zabiti İlham İsmayıl hafta.az-a açıqlamasında bildirib ki, əksinə, radikal dini qrupların fəallığ rayonlara nisbətən paytaxtda daha çox nəzərə çarpır. Üstəlik Sumqayıtda da dini ekstremistlərin hələ də müəyyən fəallıqları qalmaqdadır. Ekspertin sözlərinə görə, son həftələrdə radikal dindarların müəyyən mənada fəllaşmasının səbəbi İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətinin nəticələridir:

“Yəni, İŞİD məğlub olduqca radikallığa, radikal islama meyil azalır. Bu zaman bölgələrdə və ya paytaxtda həmin radikallar fəallaşmağa başlayırlar. Həmin qadağan olunmuş ədəbiyyatları yenidən yaymağa, təbliğat aparmağa çalışırlar. Yeni bir dalğa ilə gəlmək üçün fəaliyyətə keçirlər. Bütün bu göstərişlər İŞİD tərəfindən verilib. Özü də təkcə Azərbaycan üçün verilməyib. Dünyadakı bütün radikal dindarlara göndərilmiş bir “ismarış”dır”.

İlham İsmayıl onu da vurğulayıb ki, ölkəmizdə onların müəyyən şəbəkələri qalmaqdadır. Doğrudur, bizdə radikal dindarlar o qədər də aktiv deyil. Buna baxmayaraq, İŞİD zəiflədikcə onlar ideoloji hazırlıqlarını artırmağa başlayırlar. O demək deyil ki, sabah onlar terakt törədəcəklər. Amma ideoloji hazırlıqları ilə bir növ İŞİD-in məğlubiyyətlərini sığortalamağa çalışırlar.

“Rusiya ilə həmsərhəd olan bölgələrdə, şimal rayonlarımızda, Zaqatalada, Tərtərdə xüsusi “fəallıqları” ilə seçilirlər. Bunlar indi peyda olmayıblar, əvvəldən var. Bir neçə gün öncə dünya mediasında bir sıra videogörüntülər yayıldı. Mosuldan qaçıb Deir əz Zor şəhərinə sığınanlar arasında azərbaycanlı qadınlar da vardı. Azərbaycan vətəndaşları idilər. Bir vaxt ailəlikcə buradan İraqa, Suriyaya köçənlərin olduğu güman edilir. İnanmıram ki, həmin qadınlar terrorçu olsun. Sadəcə olaraq, ərlərinin özləri ilə apardığı insanlardır. Hətta onları da nəzarətdən buraxmaq lazım deyil. Dövlət Təhlükəsizlik Xidmətinin bu istiqamətdəki əməyi təqdirəlayiqdir. Mənə elə gəlir ki, bundan sonra Şimali Qafqazda yeni dalğalar başlayacaq. İŞİD geri çəkildikcə sığınacaq yerləri axtaracaq. Həmin sığınacaq yerləri də nə vaxtsa buradan gedən vətəndaşların ailələri, özləri olacaq. Hesab edirəm ki, bütün bu məqamlar nəzarətdə saxlanmalıdır və gördüyünüz kimi DTX əməkdaşları hər şeyi nəzarətdə saxlayırlar”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV