Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“AYB-yə 100-200 min manat artıq vəsait ayrılsın” – Aydın Mirzəzadə
Tarix: 13.09.2017 | Saat: 16:19:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe məsələsi artıq bir neçə gündür ki, ictimaiyyətin diqqətindədir. Müxtəlif fikirlər səsləndirilir, görünən isə odur ki, uduzan ümumən cəmiyyətimizdir. Problemin həlli isə çox sadədir : AYB-nin illik büdcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir”.

Hafta.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə Azərbaycan Yazıçılar Birliyini ətrafında yaranan söz-söhbətlərə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, bu təklifi Milli Məclisin payız sessiyasında büdcə müzakirəsi zamanı qaldırmaq fikrindədir:

“Qoy Yazıçılar Birliyi üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin. Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır. Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib uşaq ədəbiyyatı mərkəzinə çevilrməsinə kömək edə bilər. Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər”.

Qeyd edək ki, bir neçə gün öncə professor Dilavər Əzimli AYB-nin nəzdində olan və qurumun icarəyə verdiyi “26” kafenin Azərbaycan xalqına qan uddurmuş 26 Bakı komissarının “şərəfinə” adlandırdığını iddia etmişdi. Məsələ isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Sonradan aydınlaşdı ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) həmin məkanı sahibkar Ramin Məmmədova ayda 8 min manat olan icarəhaqqı müqaviləsi əsasında veribmiş.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017