Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İndian Ocean" rok qrupu insanları coşdurdu
Tarix: 13.09.2017 | Saat: 16:07:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycanda qastrol səfərində olan Hindistanın məşhur “İndian Ocean” musiqi qrupunun konserti oldu.

Hafta.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin başçıları və hindistanlı iş adamlarının iştirakı ilə baş tutan musiqili tədbirin açılışını Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana etdi. Səfir bildirdi ki, ölkəsi ilə Azərbaycan arasında dostluq əlaqələrinin tarixi çox qədimdir. Onun sözlərinə görə, ümumi maraqlar hər zaman xalqları bir-birinə daha da yaxınlaşdırır.

Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan diplomat il ərzində keçirilən mədəni tədbirlərdən söz açdı.

Daha sonra konsertinə toplaşdığımız “Indian Ocean” rok qrupu barədə qısa məlumat verərək meydanı, necə deyərlər, adıçəkilən qrupun ixtiyarına buraxdı.

Yeri gəlmişkən, məlumat üçün deyək ki, Hindistanda füzyon rok janrının ən qabaqcıllarından olan adıçəkilən qrup 1990-cı ildə Dehlidə yaradılıb.
Susmit Sen, Aşeem Çakravarti, Rahul Ram və Amit Kilam 25 dekabr 2009-cu ilədək - Çakravartinin ölümünə qədər qrup üzvləri olublar. Bundan sonra Tuheen Çakravorti və Himanşu Coşi qrupa gəlir. 2013-cü ildə Susmit Sen qrupdan ayrılıb. Hazırda Rahul Ram qrupun ilk albomunda iştirak edən yeganə qurucu üzvüdür.

Qrupun musiqi üslubu ən yaxşı caz füzyonu və füzyon musiqisi kimi təsnif edilə bilər. Rok musiqisi, gitaralar və zərb alətləri ilə, bəzən hind xalq mahnılarından istifadə edərək, raga (ənənəvi hind tunesi) eksperimental janrına müraciət olunur. Amma bəzən tənqidçilər sufizmi, ətrafçılığı, mifologiyanı və inqilabı inteqrasiya edən caz qrupunu tənqid etməkdən çəkinmirlər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017