Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əfqanıstan Maliyyə Nazirliyi Azərbaycan təcrübəsini öyrənir
Tarix: 13.09.2017 | Saat: 17:00:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Əfqanıstanın Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumat görə, səfərin məqsədi Azərbaycanın dövlət təşkilatlarında ERP-texnologiyalarının (“müəssisə resurslarının idarəetmə sistemi”) tətbiqi və büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları avtomatlaşdırılmış informasiya sistemi (FARABI) üzərindən Maliyyə Nazirliyi ilə elektron sənədləşmənin aparılması ilə yaxından tanışlıqdır.


Dünya Bankının "Korporativ və büdcə sektorunda hesabatlılıq" layihəsi çərçivəsində Azərbaycanda tətbiq edilmiş FARABI sistemi vasitəsilə bütün mühasibat sənədləri Maliyyə Nazirliyinə elektron formatda təqdim edilir. Artıq bir neçə ildir ki, bu sistem Azərbaycanın 150-dən artıq dövlət təşkilatında, həmçinin bir çox ali təhsil müəssisələrində effektiv istifadə olunur.
Maliyyə Nazirliyinin sifarişi ilə Azərbaycanın SINAM şirkəti tərəfindən ərsəyə gətirilmiş FARABI sistemi “bulud” texnologiyaları üzərində qurulub. FARABI sistemi effektivliyi və texnoloji üstünlüklərinə görə Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan təcrübəsini beynəlxalq aləmdə nümayiş etdirmək üçün bu beynəlxalq maliyyə institutu tərəfindən xüsusi sənədli film də çəkilib.
Əfqanıstanın Maliyyə Nazirliyi ölkəsində Azərbaycanın FARABI sisteminin analoqunu tətbiq etmək niyyətindədir və bu iri və mürəkkəb layihənin həmin ölkədə reallaşdırılması üçün Azərbaycandan, habelə Dünya Bankından və ya digər beynəlxalq maliyyə institutlarından yardım cəlb edilməsini nəzərdən keçirir.
Sentyabrın 15-dək davam edəcək səfər çərçivəsində Əfqanıstanın Maliyyə Nazirliyinin nümayəndə heyəti üçün FARABİ sisteminin tətbiq olunduğu bir sıra dövlət təşkilatlarında görüşlər təşkil olunacaq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV