Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan "Worldfood Moscow" Sərgisində mükafata layiq görülüb
Tarix: 13.09.2017 | Saat: 16:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər


Moskvada keçirilən 26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan "Ən yaxşı debüt" mükafatına layiq görülüb.


Hafta.az-ın məlumatına görə, sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan "Worldfood Moscow"ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı proqram sərginin təşkilatçısı, dünyaca məşhur "ITE Group" tərəfindən yüksək qiymətləndirilib.
"Made in Azerbaijan" vahid ölkə stendinin ən yaxşılardan biri kimi mükafat alması həm də Sərgi ziyarətçilərinin pavilyonumuza və burada nümayiş olunan təbii və keyfiyyətli məhsullara olan böyük marağının göstəricisidir.
Azərbaycanın vahid ölkə stendi milli üslubda hazırlanıb və burada qədim adət-ənənələrimizdən olan xalçaçılıq sənəti, milli mətbəximiz, musiqi və rəqslərimiz nümayiş olunur.
Qeyd edək ki, Azərbaycan "Worldfood Mo

scow" Sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.
"Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 14-dək davam edəcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV