Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lütfi Zadə adına Beynəlxalq Akademiya alimə anım günü keçirəcək
Tarix: 13.09.2017 | Saat: 22:24:00
Bölmə:Sosial | çapa göndər

Ötən həftə dünyanın nəhəng alimlərindən biri sayılan professor Lütfi Zadə 96 yaşında dünyasını dəyişdi. Lütfi Zadənin elmi irsinin və adına olan institutun rəhbəri həmyerlimiz professor Rafiq Əliyevdir. Lakin Lütfi Zadənin elmi nəzəriyyələrini, gördüyü işləri Azərbaycanda təbliğ etmək üçün başqa bir layihə də irəli sürülüb.

1999- cu ildə Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. Akademiya 2014- cü ildən Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini davam etdirir . Bu qurumun prezidenti akademik Asif Hacıyevdir. Qurumun vitse-prezidenti, Lütfi Zadə ilə yaxın elmi əlaqələri olan alim Fuad Qurbanov Modern.az-a açıqlamasında Zadənin xatirəsini yad etmək üçün bir sıra işlər görəcəklərini bildirib:

“Bakı Dövlət Universitetində Lütfi Zadənin anım gününü keçirmək istəyirik. Rektorla da bu barədə məsləhətləşəcəyik. Dəqiq vaxt bilinən kimi sizi də işıqlandırmaq üçün dəvət edəcəyik. Ümumiyyətlə, bizim Lütfi Zadə adına akademiya hər zaman onu yad edib. Onunla bağlı tədbirlər təşkil edib, yubileylərini keçirib”.

Fuad Qurbanov həmçinin, Lütfi Zadə ilə bağlı kitab yazdığını və kitabın gələn il çapdan çıxacağını bildirib:

“Hazırda Lütfi Zadə ilə bağlı “Lütfi Zadə fenomeni” adlı kitab yazıram. Kitab gələn il, Zadənin il mərasiminə qədər çapdan çıxacaq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ