Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda qəzalı məktəblər yenidən qurulur
Tarix: 13.09.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

İlin sonunadək 44 rayon əhatə olunmaqla, kənd məktəblərinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur

“Bu il Azərbaycanda bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur”. Qeyd edək ki, bu barədə Təhsil Nazirliyinin yaydığı hesabat sənədində vurğulanıb. Sənəddə göstərilib ki, artıq 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub. Eyni zamanda, bu günədək 30 modul tipli məktəbin inşası başa çatıb, 40 məktəbdə isə bu sahədə iş davam etdirilir. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər,Göyçay və digər rayonlarda inşa olunub.
Yeri gəlmişkən, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür. Modul tipli məktəblərin yaradılmasının üstünlüyünə gəlincə, onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır.
Məlumat uçün onu da bildirək ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da bilavasitə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması vəzifələri öz əksini tapıb. Sənnəddə hazırda ölkədə xeyli sayda kiçik məktəblərin olduğu qeyd edilərək onların fəaliyyətinin həm maliyyə, həm də təhsilin keyfiyyəti baxımından səmərəli olmadığı vurğulanıb. Bu səbəbdən mövcud məktəb şəbəkəsinin rasionallaşdırılmasına, yəni imkan daxilində kiçik və səmərəsiz məktəblərin bağlanılmasına və birləşdirilməsinə və ya onların modul tipli məktəblərlə əvəz olunmasına ciddi ehtiyac duyulduğu bildirilib. Hətta adıçəkilən sənəddə dördüncü strateji istiqamət kimi müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması göstərilib. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.
Ümumiyyətlə isə müşahidələr onu deməyə əsas verir ki, təhsil islahatlarına başlanıldığı vaxtdan məktəb tikintisi prioritet sahəyə çevrilib. Bunun nəticəsidir ki, hətta ən ucqar dağ kəndlərində belə, yeni təhsil ocaqları tikilərək istifadəyə verilib. Sosial-iqtisadi vəziyyətin çətin olduğu dövrdə də məktəb tikintisi diqqətdən yayınmır, yeni məktəblər, mövcud məktəblərə əlavə korpuslar tikilir. Təbii ki, hər il dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artırılması bu sahəyə dövlət qayğısının göstəricisidir. Məsələn, 2016-cı ildə dövlət büdcəsindən təhsilə 871,3 milyon manat vəsait ayrılıb, bu da əvvəlki illə müqayisədə 8,1 faiz çoxdur. 2017-ci ildə isə “Dövlət büdcəsi haqqında”qanunda təhsil üçün ayrılması nəzərdə tutulan xərclərin miqdarı 1.859.499.497 manat göstərilmişdi. Yəni, bu il dövlət büdcəsindən təhsil sahəsinə ayrılacaq məbləğ ötən illə müqayisədə 2,3 milyon manat və ya 0,1 faiz çox idi. Təhsil xərclərinin 165.211.728 manatı məktəbəqədər təhsil, 981.053.277 manatı ümumi təhsil, 33.761.406 manatı ilk-peşə ixtisas təhsili, 44.917.271 manatı osta ixtisas təhsili, 41.383.900 manatı ali təhsil, 3.779.189 manatı isə əlavə təhsil üçün nəzərdə tutulurdu. 2017-ci il dövlət büdcəsi haqqında qanunda elmə ayrılması nəzərdə tutulan xərclərin məbləği isə125.318.640 manat təşkil edirdi. Amma bu il dövlət büdcəsinə yenidən baxıldığından təhsilə ayrılan vəsaitlər də artırılıb. Belə ki, “Təhsil” bölməsi üzrə 1791,2 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2017-ci il üçün təsdiq olunmuş büdcə göstəricisindən 55,1 milyon manat və ya 3,2 faiz çoxdur. Bölmə üzrə xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 0,3 faiz azalaraq 10 faiz təşkil etməsi nəzərdə tutulub.
Bölmə üzrə 55,1 milyon manat məbləğində nəzərdə tutulmuş artım “Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə xərclərin 32,6 milyon manat və ya 23,7 faiz, “İlk peşə ixtisas təhsili" köməkçi bölməsi üzrə 5,9 milyon manat və “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölmə üzrə isə 16,6 mln. manat və ya 3 faiz artımı hesabına formalaşıb.
Artım məbləğinin nəzərdə tutulmuş tədbirlər üzrə təhlili göstərir ki, “Təhsil” bölməsi üzrə proqnozlaşdırılmış 55,1 milyon manat artım məbləğinin 59,1 faizi dövlətə məxsus məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasında dövlət-valideyn müştərək maliyyələşmənin tətbiqi məqsədilə uşaqların həmin müəssisələrdə saxlanılması haqqının müəyyən edilməsi ilə bağlı normativ hüquqi sənədin qəbul olunmaması səbəbindən uşaq bağçalarının saxlanılması, həmçinin respublikanın 14 şəhər və rayonu üzrə 20 yeni tikilmiş bağça və əlavə qrupların ilin sonuna kimi maliyyə təminatı ilə bağlı xərclərə, 10,7 fazilik ilk peşə ixtisas təhsili müəssisələri üzrə təqaüdün ləğv edilməsi ilə bağlı normativ-hüquqi sənəd qəbul olunmadığından təqaüdlə bağlı xərclərə, 30,1 faizi isə təhsil sahəsində digər tədbirlərə nəzərdə tutulub.
Məlumat üçün onu da bildirək ki, təkcə, ötən 10 il ərzində Azərbaycanda 2900-dən çox məktəbin tikintisi və əsaslı təmiri həyata keçirilib. Həmin məktəblərin əksəriyyəti ötən əsrin 30-70-ci illərində istifadəyə verilmiş və uzun müddət təmir edilməmiş təhsil ocaqlarıdır. Sözsüz ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri da böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov hesab edir ki, təhsil sektorunda görüləcək işlər hələ kifayət qədərdir: “Məlum olduğu kimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biri də bu strateji sahə olan təhsilin mövcud infrastrukturalarından daha səmərəli, rasional və məqsədyönlü şəkildə istifadə olunması və yeni zəruri strukturların yaradılmasıdır. Bu baxımdan ümumi təhsil pilləsində mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin həyata keçirilməsi qarşıda duran ən zəruri vəzifələrdəndir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da bilavasitə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması vəzifələri öz əksini tapıb. Hazırda ölkədə xeyli sayda kiçik məktəblər vardır ki, onların fəaliyyəti həm maliyyə, həm də təhsilin keyfiyyəti baxımından səmərəli deyildir. Bu səbəbdən mövcud məktəb şəbəkəsinin rasionallaşdırılmasına, yəni imkan daxilində kiçik və səmərəsiz məktəblərin bağlanılmasına və birləşdirilməsinə və ya onların modul tipli məktəblərlə əvəz olunmasına ciddi ehtiyac var. Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Bununla belə hələ də regionlarda, xüsusilə ucqar kəndlərdə belə məktəblərin tikilməsinə ehtiyac duyulur. O ki, qaldı bu kimi tipli məktəblərin üstünlüklərinə, yəni azməsrəfli olması,qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması daha yaxsı təhsil mühiti formalaşdırmağa imkan verir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV