Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda parkda yaşayan 9 uşaqlı ailə tapıldı - GÜNÜN TƏZADLARI
Tarix: 13.09.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda həftələrdir ki, 9 uşaqlı bir ailənin skamyalara, daş döşəmələrə sığınıb yaşadığı bəlli oldu. Hafta.az yazır ki, Musavat.com həmin ailə haqda reportaj dərc edib: “Ailə iki həftəyə yaxındır, “28 May” metrosunun yaxınlığında, parkların birinə sığınıb. Vəziyyətləri bu insanları hansısa bir xeyirxahın tapılacağı ümidi ilə yaşamağa vadar edir. Ata və ana Bakıya 5 azyaşlı uşağı ilə gəlib. Bura çarəsizlikdən, səslərini hamıya eşitdirmək üçün üz tutublar. Biz çəkilişə gedərkən uşaqlarından biri skamyada uzanıb yatmışdı. Ata və ana əllərindən gəldiyi qədər qalan uşaqların qayğısını çəkirdilər. Hazırda çöldə qalan bu ailədə 9 uşaq var. Ailənin başçısı Natiq Hacıyev 1992-93-cü illərdə Şuşanın müdafiəsində döyüşüb, yaralanıb, Qarabağ əlilidir. Natiq xanımı Zemfira İbrahimova və 5 uşağı ilə birgə Gəncədən Bakıya gəlib. Artıq kirayə pulunu çatdıra bilmədikləri üçün dövlətdən sığınacaq istəmək olub məqsədləri. Ümidlərini Bakıya bağlayıblar. Paytaxtdır, nə qədər olmasa səfillikləri, sərgərdanlıqları daha yüngül keçər - düşünüb Bakıya gəliblər. Bakıda da Dəmiryol Vağzalında gecələyirlər. Gecələri vağzalda, gündüzləri bu parkda keçir... Qeyd: Natiq Hacıyevlə əlaqə saxlamaq üçün telefon nömrəsini diqqətinizə çatdırırıq: 050-384-78-17...”.


İcra başçısı məktəb direktorlarını döydü


Özbəkistanın Sayxunabad rayonunun icra başçısı Nəsirxan Eqamberdiyev məktəb direktorlarını döydü. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, merin direktorları döymə anını əks etdirən görüntü sosial şəbəkələrdə yerləşdirilib. Avqust ayında baş verən hadisə artıq ölkə ictimaiyyətində böyük müzakirələrə səbəb olub. İcra başçısının direktorları döyməsinə səbəb Müstəqillik Günündə məktəb müəllimlərinin iştirak etməməsi olub. Belə ki, müəllimlərin bayramda iştirak etməməsi vilayət rəhbərinin icra başçısını danlamasına səbəb olub, o da heyfini direktorlardan çıxarıb.


Prezidentin 9-cu nəvəsi oldu


ABŞ lideri Donald Trampın ailəsində 9-cu nəvə doğuldu. Hafta.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, bu haqda Trampın oğlu Erik sosial şəbəkədəki statusunda yazıb: “Lara və mən oğlumuz Erik Lyuk Trampın dünyaya gəlməsini xəbər verməkdən xoşbəxtik. O, bu gün səhər saat 8:50-də doğulub”.
9-cu dəfə baba olan ABŞ prezidentinin “Tvitter”dəki cavabı da ləngiməyib:”Erik və Laranı oğulları Erik Lyuk Trampın anadan olması münasibətilə təbrik edirik...”.


Azərbaycanda Duz muzeyi yaradıldı


Naxçıvanda Duz muzeyi yaradıldı. APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib. Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və s. mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr olunub.


Evdən oğurlanmış qızıllar kanalizasiyadan tapıldı


Bursadakı bir ailənin evindən oğurlanan qızıllar qəribə üsulla tapıldı. Hafta.az bu haqda Musavat.com-a istinadla xəbər verir. Belə ki, valideynləri ilə birgə yaşayan gənc ailənin evindən bir həftə öncə dəyəri 15 min manata yaxın olan qızıllar oğurlanıb. Bir gün həyətdə oturan ana kanalizasiya qapağını qaldıranda orada nəyinsə işıq saçdığını görüb və bu barədə oğluna xəbər verib. Oğlu da kanalizasiyaya yaxınlaşan kimi “qızılları tapdıq” deyib. Oğurlanan qızıllar bir-bir kanalizasiyadan çıxıb. “Polisi çağırdıq. Polis araşdırmaya başlayıb. Amma bilmirik ki, bu hadisəni kim və niyə edib. Amma təxmin edirik ki, kimsə heyf çıxmaq üçün bunu edib. Kim olduğunu isə polis müəyyən edəcək”, - deyə oğlan bildirib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017