Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qarabağ" “Çelsi”yə məğlub oldu - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 13.09.2017 | Saat: 20:00:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

Sentyabrın 13-də sosial şəbəkə istifadəçiləri bir çox maraqlı məlumatlar və statuslar paylaşdılar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.

 

"Qarabağ" “Çelsi”yə məğlub oldu


“Qarabağ” avrokubok oyunları çərçiəvəsində Londonun Çelsi klubu ilə səfərdə qarşılaşıb. Oyun 6:0 ev sahiblərinin qələbəsi ilə başa çatıb. Çempionlar Liqasının qrup mərhələsinin I turunda Londonda “Çelsi” ilə görüşən Ağdam təmsilçisi ən ağır məğlubiyyətini növbəti dəfə yaşayıb. Belə ki, təmsilçimiz “Stemford Bric”dəki 0:6 hesablı darmadağından daha ağır məğlubiyyət görməyib. Əyalət klubu bunadək də iki dəfə altı top fərqinə məyus olub. İlk belə nəticə 1998-ci il avqustun 13-də qeydə alınıb. Həmin gün Danimarkada “Kopenhagen” ağdamlıları 6 cavabsız qola məyus edib. Bir il sonra – iyulun 11-də isə Fransa “Monpelye”si öz meydanında eyni amansızlığı nümayiş etdirib. Üçüncü belə acınacaqlı yenilgi isə 18 ildən sonra yaşanıb. Bu, həm də Qurban Qurbanovun rəhbərliyi altında ən ağır məğlubiyyət olub. Qeyd edək ki, ümumilikdə “Qarabağ”ın son böyükhesablı məğlubiyyəti ötən il noyabrın 24-də Çexiyada yaşanıb. Həmin gün “Slovan” 3 cavabsız qolla sevinib.
Mirsahib Məmmədov: "Büdcə fərqi: Çelsi 680 milyon avro, Qarabağ 10 milyon avro. Bu rəqəmlər hər şeyi izah edir".
Əsəd Əliyev: "Qələbəyə bərabər məğlubiyyət".

 

Bakı metrosunda dava düşdü


Metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər. Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb. Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.
Samirə Həsənova: "Günah qadındadır, öz hörmətini saxla".

 

Toliklə Naz davaya çıxdı


Türkiyədə izdivaç veriliş ilə məşhurlaşan gəlin namizəd Naz Mila bu dəfə prodüser Tarix Əliyevlə (Tolik) qalmaqal yaşayıb. Tərəflər sosial şəbəkədə bir-birinin ünvanına təhqirlər yazıb. Nazın "Qarabağ"dan kim "Çelsi"yə qol vursa, onun imzasını ombama döymə etdirəcəm" sözləri Toliki özündən çıxarıb. Prodüser Nazın ünvanına bunları deyib: "Bu da özünü böyük adam hesab edir. Verilişimdə bu qızı biabır edəcəyəm. Bu, nə işə qulluq edir? Türkiyənin varlı kişilərinin yanında "Qarabağ"ın adını çəkir. Guya, bu, bizim adımızı Türkiyədə pozğunluqla ucalara qaldırıb? Canlı efirdə bunun qohumlarına səslənəcəm ki, nəslinizdə bir kişi tapılmadı buna nəsə desin? Yazıq sənin qızının halına, sənin kimi anası var. Get Ağaoğlunun qardaşına məndən şikayət et. Bəlkə sənə sahib çıxdı. Sənin kimilər "Qarabağ"dan danışmasa yaxşı olar".
Naz isə onun bu sözlərinə əhəmiyyət vermədiyini deyib və onu məhkəmə ilə hədələyib: "Tolik qorxusundan məni blok edib. Mesajımı mütləq ona çatdırın. Mənim ombamdan sənə nə dəxli? İkinci isə kül sənin başına ki, məni səhifəndə xəbər etmisən. Sən nə işə qulluq edirsən bəlli deyil. Məndən yazanlara ar olsun demisən. Bəs sən niyə səhifəndə məndən yazmısan? Sonradan görmə, sənin verilişini izləyən var? Səni biabır etmək lazımdır ki, durub tanımadığın insanlara sataşırsan. Sənə nə var mən kiməm, nəçiyəm? Qoymurlar həyatımızı yaşayaq. Yazdıqlarını çəkib götürmüşəm. Gəlib orada səni məhkəməyə verərəm".
Qeyd edək ki, sosial şəbəkədə maraqlı müzakirələrə səbəb olan bu xəbərlə bağlı xeyli sayda şərhlər yazıldı, rəylər bildirildi.

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV