Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəblər yeni tədris ilinə 24 SAAT QALMIŞ...
Tarix: 14.09.2017 | Saat: 14:55:00
Bölmə:Reportaj | çapa göndər

Sabah 15 – sentyabr bilik günüdür. Elə bu məqsədlə bir gün öncədən məktəblərdə ilk dərs gününə hazırlıqla yerində tanış olmaq qərarına gəldik. Birinci sinifə gələn şagirdlərin qeydiyyatı, şagirdlərə kitabların paylanıb-paylanmamasını, ümumiyyətlə ilk dərs gününə 24 saat qalmış təhsil ocaqlarındakı ab-havanı duymaq istədik.

Yolumuzu Yasamal rayonunda yerləşən Şəfiqə Əfəndizadə adına 13 saylı məktəbdən saldıq. Təhsil ocağında əsl canlanma vardı. Valideynlər uşaqların əlindən tutub o otaqdan bu otağa keçirdilər. Direktor isə gah valideynləri, gah pedaqoqları qəbul edib tapşırıqlarını verirdi. Başları o qədər qarışıq idi ki, koridorda, foyedə əsl tıxac vardı.

Əldə etdiyimiz məlumata görə, bu il 13 saylı məktəbə 120 nəfər birinci sinifə qəbul edilib. Ötən ilin uğurlu nəticələri müəllimləri builki tədris ilinə daha yaxşı kökləyə bilib. Elə pedaqoqlar hafta.az-a bildirdilər ki, təhsil ocağının məzunları ötən il 72 faiz göstərici ilə yadda qalıblar. Belə ki, keçən ilin 67 məzunundan 58-i ali məktəblərə sənəd verib ki,  bunlardan da 42 şagird tələbə adını qazanıb. Qəbul imtahanında 2 nəfər 650-dən, 8 nəfər 500-dən, 7 nəfər isə 400-dən çox bal toplayıb.

Öyrəndik ki, artıq şagirdlərə bütün dərs vəsaitləri paylanıb. Birinci siniflərin məktəbə qəbulu isə bir neçə gün əvvəldən başa çatıb. Hazırda kənardan gələn şagirdlərin qeydiyyat məsələsi həll edilir.

Valideynləri söhbətə tutduq. Gənc valideynlər sabah ilk dəfə məktəbə uşaq yola salacaqları üçün həyəcanlı olduqlarını dedilər. Bir neçə birinci sinif şagirdi isə hansı müəllimin sinfinə düşdüyünü və bir sıra qeydiyyat məsələlərini öyrənmək üçün anaları ilə yox, nənələri ilə təhsil ocağına təşrif buyurmuşdular. Məktəbdən ayrılanda yaşlı bir xanımın nəvəsinə dediyi söz qulağımı cingildətdi: “Səninlə mən bacara bilmədim, səni müəllimlərin əlinə verib gələcəyəm”. Bu sovet dövrü baxışlı insanın düşüncəsini isə şərhsiz verirəm...

167 nömrəli məktəbdə isə qismən sakitlik idi. Ara-sıra valideynlər və birincilər gözə dəyirdi. Foyedə birinciləri salamlayan rəsmlər də nəzərə çarpırdı. Hiss olunurdu ki, rəsmlər ibtidai sinif şagirdlərinin əl işləridir. Məktəb direktorunu soruşduq – məşğuldur, işi çoxdur-dedilər. Birinci sinifə qəbul olacaq şagirdlərin sayını soruşduq. Hələlik 90-dan yuxarıdır, gəlib-gedənlər indi də var. Qeydiyyat axşam başa çatacaq-söylədilər.

Əvvəlki dövrlərdən fərqli olaraq məktəbdə səliqə-sahman nəzərə çarpırdı. Müəllimlər otağı önündə isə səs-küy varıdı. Deyəsən dərs saatlarının müzakirəsi gedirdi. Valideynlər isə əllərində sənəd bu otaqdan o birisinə keçir, sanki harasa tələsirdilər.

Şagirdlərin kitablarının paylanıb qurtardığı söylənilsə də, məktəblilərin əllərində təzə dərs vəsaitləri ilə təhsil ocağından çıxdıqlarını gördük. Yuxarı sinif şagirdləri isə sabah ilk dərsdə oturacaqları sinifləri müəyyənləşdirməyə gəlmişdilər.

Yasamal rayonu 158-də əsl canfəşanlıq və səs-küy vardı. Əvvəlki günlərdən fərqli olaraq məktəbin önündə mühafizəçi də dayanmamışdı. Müəllimlər otağının qarşısında valideyn növbəsi yaranmışdı. Hər kəs bir-bir məktəb direktorunun yanına girib çıxır. Pedaqoqlar isə valideynlərin əllərindəki sənədləri yerbəyer edirdilər.


Dərs kitablarının şagirdlərə paylandığını, bu il məktəbə 130 yaxın birinci sinifə uşaq qəbul edildiyini öyrəndik.

Beləcə yeni dərs ilinin başlanmasına saatlar qalmış məktəblərdə son dorumla tanış olduq.

Yeni dərs iliniz mübarək – öyrədənlər və öyrənənlər!


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017