Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Universitetlərdə ilk dərs günü – FOTOLARDA
Tarix: 15.09.2017 | Saat: 11:16:00
Bölmə:Reportaj | çapa göndər

Səhərin erkən saatlarından 15 sentyabr "Bilik günü"nün həyəcanını elə tələbələrlə birgə yaşamağa çalışdım. Bu gün ilk işim ali təhsil ocaqlarını bacardığım qədər dolaşıb, ilk dərs həyəcanını fotoyaddaşa köçürmək istəyirdim.

Həm özüm, həm də hafta.az-ın oxucuları üçün: 

Yol... tıxac...

Evdən təzəcə çıxmışdım ki, tıxacların əlindən marşrut avtobuslarının ard-arda növbə gözlədiyinin şahidi oldum. Avtobuslar da, taksilər də “qarışqa yerişi” ilə şərnişinləri ən yaxın metrolara çatdırmağa çalışırdılar.

Metro...

Nəzərə çarpan məqamlardan biri "Xətai" metrosunun gec-gec dayanacaqda görünməsi idi. Həm də ilk dərs günü ilə əlaqədar bu sərnişinləri seyrək stansiyada əsl insan tıxacına “urcah olmuşduq”. Digər stansiyalarda isə vəziyyət daha kritik idi. Dərnəgül xətti üzrə hərəkət edən metrolarda bir-birini itələyə-itələyə vaqonlara minən tələbələri və yaşlıları ləngərli metromuz özü nizamlayırdı.

Növbəti dayanacaq “Elmlər Akademiyası”...

Burada dörd ali təhsil ocağı – Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Memarlıq və İnşaat Universiteti (AMİU) və Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı yerləşir. Yəni, eskalatorlarda insan sıxlığını özünüz təsəvvür edin. Hər iki xəttin çalışmasına baxmayaraq, eskalator önündə də növbə vardı.

BDU...

Həyəcanlı tələbələr, valideynlər... Hətta rayon yerlərindən gələn valideynlər uşaqların əllərini belə buraxmırdılar ki, insan sıxlığında aza bilərlər. "Bilik günü" ilə bağlı BDU-da "açıq qapı" günü idi. Hər kəs universitetə rahat şəkildə girib-çıxa bilərdi.

Universitet həyatının ilk gününü yaşayanlar bir kənarda sakitcə dayanmışdılarsa, yuxarı kurs tələbələri daha şən görünürdülər. İki-üç aylıq ayrılıqdan sonra dostlar, rəfiqələr qol-boyun olmuşdular. Hər fakültə öz sırasında birinci korpusun önündə səliqəli şəkildə düzülmüşdü. Əllərində isə plakatlar: “Jurnalistika fakültəsi”, “Riyaziyyat-İnformatika”, “Filologiya”...

Birinci “Məktəb illəri” mahnısı səsləndirildi, ardınca da “Tələbəlik illəri”. Sonra 600-dən yuxarı bal toplayanlara tələbə biletləri təqdim olundu.

AMİU...

Tələbələr sakitcə universitet qapısından içəri keçirdilər. Nəzarətçilər “köhnə tanış” tələbələrlə salamlaşır, birinci kursa qəbul olunanlar isə valideynlərlə universitetin əsas korpusuna yaxınlaşmağa çalışırdılar. Burada sıxlıq yox, seyrəklik nəzərə çarpırdı.

AzTU...

BDU-dakı qələbəliyi burada da görmək mümkün idi. Deyib gülən yuxarı kurs tələbələri, gülən-kövrələn valideynlər... Hər fakültənin sıra ilə düzlüşü... Təbii ki, bütün bunlar həzin musiqinin müşaiyyəti altında idi.

MDU...

Ağ xalatlı tələbələr... Fakültəsindən asılı olmayaraq, Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri ağ xalat geyinmişdilər. Valideynlər isə içəri buraxılmırdı və yalnız tələbə adını qazananlar qapıdan içəri keçə bilərdilər. Bayırda elə də canlanma yox idi. Sanki adi dərs günlərindəndir: sadə, təmtəraqsız...

Beləcə ilk dərs günü başladı. Hərə öz sinfinə, yox, hərə öz yoluna. Yolunuz işıqlı olsun, əziz tələbələr!


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017