Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “ fədakar anası” - HƏFTƏ REYTİNQ
Tarix: 15.09.2017 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Ötən cümə axşamı Bakıda avtobus qəzası zamanı övladının həyatını xilas edən gənc ana faciəvi şəkildə həlak oldu. 29 yaşlı Günel Əsgərova 39 saylı marşrutla hərəkət edən sərnişin avtobusu sürücüsünün səhlənkarlığının qurbanı olub. Sürət həddini aşan avtobus “İnşaatçılar” metro stansiyası yaxınlığındakı dayanacağa çırpılıb. Həmin vaxt dayanacaqda Günel Əsgərova öz körpəsi ilə dayanıbmış. Ana öz canı bahasına qucağındakı biryaşlı balasını xilas edib. Artıq avtobusun üzərinə gəldiyini görən Günel qucağındakı uşağı kənara ataraq, onun həyatını qurtarsa da, özü maşının təkərləri altında can verib. Uşaq yüngül xəsarətlə qurtulub. Gənc ananın ölümünə səbəb olan sürücü Saatov Hakim Aslan oğlu hadisə yerindən qaçsa da, artıq həbs edilib.


Həftənin “qarabağşünası”


“Bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu, belə qəbul edilə bilməz. Yaxud əksinə. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır... Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Amma bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”. Bu sözləri Moskvada keçirilən və Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan konfrans zamanı rusiyalı ideoloq Aleksandr Duqin söylədi.


Həftənin “serial aktrisası”


ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton memuarlarında özünü “Taxt-tac oyunu” teleserialının personajı - kraliça Serseya Lannister ilə müqayisə etdi. Siyasətçi bu barədə “Nə baş verib” adlı memuarlar kitabında yazıb. “Trampın mitinqlərində camaat onu məni həbsə atmağa çağırırdı. Onlar qışqırırdılar: “Günahkardır! Günahkardır!”- eynən “Taxt-tac oyunu”ndakı dini fanatiklərin Serseya Lannister Qırmızı qəsrə gedərkən “Ar olsun! Biabırçılıq"! qışqırmaları kimi”, - deyə kitabda gətirilən sitatda bildirilir. Klintonun təsvir etdiyi səhnə Corc Martinin “Buz və alovun nəğməsi” kitabında və ədəbi mənbənin ekran əsərində - “Taxt-tac oyunu” teleserialında var. “Nə baş verib” kitabının təqdimatı çərşənbə axşamı - sentyabrın 12-də baş tutub.


Həftənin “hicablı prezidenti”


Sinqapurun tarixində qadın ilk dəfə prezident oldu. Bunu səsvermənin nəticələrini açıqlayan ölkənin Mərkəzi Seçki Komissiyasının sədri En Vay Çun bildirib. İnformasiyaya əsasən, parlamentin sədri Həlimə Yakub Sinqapurun yeni prezidenti seçilib. Məlumata görə, 63 yaşlı H.Yakub həm də 47 il ərzində malay icmasından seçilən ilk prezidentdir. Daha bir diqqətəlayiq məqam odur ki. Sinqapurun yeni prezidenti hicaba bürünən müsəlman qadındır.


Həftənin “aygünşünası”


ARB TV-nin “Günə davam” verilişində xalq artisti Flora Kərimova, həmkarı Aygün Kazımova haqqında maraqlı fikirlər səsləndirdi. O, Aygün Kazımovanın gözəl aktyor və rejissor olduğunu bildirib: “Aygün mənim üçün sənətdə ayrı adamdır. Konsertə onu istəyənlər, ondan zövq alanlar gedir. Konsertinə mən də gedəcəm. Aygündən çox şey öyrənmək olar. Onun rejissorluq qabiliyyətindən bəhrələnmək olar. Aygünlə təzə-təzə addımlayanda onun fantaziyasını gördüm. Hər qadının getmədiyi işə gedən adamdır”.


Həftənin “avtoşu”


Tanınmış müğənni Nüşabə Ələsgərlinin öz avtomobili ilə hərəkət edərkən qəza törətməsi haqda xəbərlər yayıldı. Sənətkar APA-ya bildirib ki, çərşənbə axşamı Yasamal rayonu ərazisində yerləşən “ASAN Xidmət”in qarşısında avtomobili arxaya verərkən “Jiquli” markalı maşına çırpılıb. Nəticədə hər iki avtomobilə yüngül ziyan dəyib. “Mənə yol verməyən maşına çırpıldım, o da digər maşına dəydi. Hazırda hər şey normaldır”, - deyə müğənni söyləyib. Maraqlıdır ki, bir qədər sonra bəzi saytlar guya Nüşabə Ələsgərlinin qəza xəbərin gerçəyə uyğun olmadığını bildirnməsi haqda məlumat yayıb.


Həftənin “gileylisi”


Bazar ertəsi xalq artisti Gülyanaq Məmmədova Beynəlxalq Mətbuat Mərkəzində “Giley” adlı mahnısına çəkilmiş klipini təqdim edib. Tədbiri aparıcı Azər Süleymanlı açıq elan edərək klip haqqında məlumat verib. Daha sonra klip qonaqlarla birlikdə izlənilib: “Bu klip “ARB” telekanalının mənə hədiyyəsidir. Bəstənin müəllifi bəstəkar Sevinc Tofiqqızıdır. Rejissorluğunu Dəyanət Rzayevin etdiyi bu klip doğulub boya-başa çatdığım Şəki şəhərində lentə alındı. Bu mənim doğma yurdumda çəkilən ilk klipimdir. Ekran işində Şəki Dövlət Dram Teatrının aktyorları rol alıb. Biz hər bir mahnıda kiminsə həyatını yaşayırıq. Mən kövrək insanam. Çəkiliş zamanı duyğusal anlar yaşadım. Klipdə rol alan aktyorlara da təşəkkür edirəm...”, - deyə tanınmış müğənni bildirib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017