Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Hazırda Qurani-Kərimin izahını yazıram” – Sərdar Calaloğlu
Tarix: 18.09.2017 | Saat: 17:27:00
Bölmə:Müsahibə | çapa göndər

Budəfəki həmsöhbətimiz Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Calaloğludur. Onunla payız mövsümündə partiyasının gündəmindəki məsələlərdən, bir il sonrakı prezident seçkilərindən, eləcə də yeni kəşflərindən danışmışıq.

Sərdar Calaloğlu hafta.az-a müsahibəsində deyib ki, bu il də “Nobel” komitəsinə yeni kəşfini – daha doğrusu, nəzəriyyəsini göndərib:

- Sərdar bəy, partiyada nə yeniliklər var? Gələn payız növbəti prezident seçkiləridir. Hazırlıq görürsünüzmü?

- Əvvəla onu deyim ki, partiyada hər şey öz qaydasında gedir. Prezident seçkiləri ilə bağlı müzakirələr həvəslə olmasa da, başlanıb. Seçkilərin necə keçiriləcəyi, necə iştirak edəcəyimizlə bağlı ümumi fikir mübadiləsi aparılır. Hesab edirəm ki, partiya daxilində aparılan müzakirələrin gündəmə gətirilməsi çox tezdir. 2018-ci il prezident seçkiləri ilə bağlı mövqeyimizi dəqiqləşdirdikdən sonra buna uyğun olaraq fəaliyyətimizi quracağıq. Partiyamız seçkilərdə iştirak edəcək. Bu birmənalıdır. Amma namizədi müəyyənləşdirmək, hər hansı bir blok və ya qrup şəklində qatılmaq, yaxud da kənardan prosesləri izləmək seçkiqabağı şəraitdən asılıdır. Ekstensulizmə görə, insan özü də şəraitin məhsuludur. Elə vəziyyət yarana bilər ki, ümumiyyətlə seçkilərə qatılmaya da bilərik. Hələ seçkilərə bir il vaxt qalır. Dünya təcrübəsi də göstərir ki, siyasi situasiya sürətlə dəyişə bilir. Hər hansı bir böyük siyasi dəyişiklik gözlənməyən ölkədə belə bir də görürsən ki, qeyri-adi hadisələr baş verir. Bu baxımdan da müasir dövrdə siyasi gündəmi əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Ona görə də indidən yekun qərar vermək çətin olmaqla yanaşı, düzgün də deyil.

- Bəs ADP-də prezident seçkiləri mövzusu nəvaxtdan aktuallaşacaq?

- Hesab edirəm ki, prezident seçkiləri ilə bağlı məsələlər gələn ilin may ayından aktuallaşacaq. Müzakirəyə çıxarılacaq. Ona kimi də partiya öz imkanına, təsərrüfatına nəzər salmalıdır. Seçkilərdə iştirak etməyin müəyyən forması ilə bağlı konkret qərar qəbul etməlidir. Burada da qeyri-adi heç nə yoxdur, biz buna cari hazırlıq kimi baxırıq.  

- Yaxın gələcəkdə qurultay gözlənilirmi?

- Yarandığımız gündən nizamnamənin tələblərinə uyğun olaraq kifayət qədər qurultay keçirmişik. 1990-cı ildə təsis olunmuşuq, hesab edirəm ki, nəzərdə tutulandan artıq qurultayımız baş tutub. Partiyanın nizamnaməsi ilə qurultay keçirsəydik, bu cəmi yeddi-səkkiz qurultay demək idi. Amma indiyə kimi ADP-nin on üç-on dörd qurultayı keçirilib. Burada çox ciddi problem var. Bizim bundan əvvəl keçirdiyimiz bütün qurultayların əksəriyyətinin sənədləri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Ədliyyə Nazirliyinin bu fəaliyyəti qurultaylarla bağlı işimizdə böyük əngəllər törədir. İndi biz bilmirik ki, qurultay keçirəsi olsaq hansını keçirək; keçirdiyimiz qurultayların qanuni və ya qeyri-qanuni olduğunu bilmirik. Sənədləri nazirliyə təqdim etmişik amma “hə”-dən, “yox”dan heç nə demirlər. Ona görə də, partiyada qurultay məsələsinə aktual baxmırıq. Gərək əvvəlki qurultaylar Ədliyyə Nazirliyində qeydiyyatdan keçsin. Faktiki olaraq nizamnaməyə uyğun şəkildə bütün qurultaylarımızı keçirmişik.

-“Nobel” komitəsinə bu il də öz kəşfinizdən, nəzəriyyənizdən nəsə göndərmisinizmi?

- Bu il “Nobel” komitəsinə ikinci nəzəriyyəmi göndərmişəm. Bu kəşfim maddənin beşinci halı və vizual fizikadan kvant fizikasına keçidlə bağlıdır. Bu kəşfim elmdə ən çox diskussiya olunan bir məsələyə həsr edilib. Gələn il üçün “meta-kinetik hərəkətlər” nəzəriyyəm var. Hazırda o nəzəriyyənin üzərində işləyirəm. Çatdıra bilsəm göndərəcəyəm. Meta-kinetika nədir? – bir fiziki aləmdən digərinə keçidi izah edir. Fizikanın dörd qolu var. Birincisi, klassik fizika-bizim gördüyümüz dünya. İkincisi reliativ fizika- bu işıq fizikasıdır. Üçüncüsü, kvant-elementar hissəciklər fizikası, dördüncüsü isə virtual fizika – yəni, fikirə gətirilən, amma eksperimentlə həyatda görünməsi, ölçülməsi çətin olan fizikadır. Həmin nəzəriyyəmdə bütün bu fizikalardan birindən digərinə keçidin necə baş verməsini izah edirəm. Fizika elmində keçidlərlə bağlı heç bir məlumat yoxdur. Sadəcə olaraq hər bir fizikanın tabe olduğu qanunlar aşkar olunub. Amma bir fizikadan digər fizikaya keçidin kinetik hərəkətləri ilə bağlı heç bir məlumat yoxdur. Mən bu məsələni həll etmişəm. Ona görə adı meta kinetikdir ki, heç bir fiziki aləmə aid olan hərəkət deyil. Keçid olduğuna görə, bunu nə kvant fizikasına nə də “kvant”-a aid etmək olmur. Bu kəşfin bir sıra məsələlərə aydınlıq gətirmək baxımından böyük prespektivi var. Dünyanın yaranmasından, fiziki aləmlərin təşəkkülünə qədər bir sıra məsələlərə aydınlıq gətiriləcək. Bu kəşf həm də kimya və biologiyaya yenidən baxmağımıza imkan verəcək. Hazırkı kimya və biologiya elmi bir sıra məsələlərdə inandırıcı arqumentlərə malik deyil.

- Yazı üzərində bir nəzəriyyədir ya düsturlarla da ifadə olunub?

- İdeyalarımı düsturlar şəklində ifadə etməyə çətinlik çəkirəm. Yazı üzərində olan bir nəzəriyyədir. Bir çox fizikə bununla bağlı müraciət etmişəm. Onlar da nəzəri fizika sahəsində məşğul olmaqdıqları üçün cümlələr şəklində olan ideyaları düsturlaşdırmaqda- düsturla ifadə etməkdə mənə kömə edə bilmədilər. Ən azından sözlə ifadə şəklində həmin nəzəriyyəni “Nobel” komitəsinə göndərmək fikrim var.

Ümumilikdə neçə elmi nəzəriyyəniz var?

- Bu göndərdiyimdən əlavə olaraq 4 nəzəriyyə də hazırlamışam. “Meta-kinetik” nəzəriyyə ilə birgə altı nəzəriyyəm var. Bəri başdan deyim ki, bundan sonra elmi işlərlə məşğul olmayacağam. Hesab edirəm ki, bunların hamsı elm üçün böyük əhəmiyyətə malikdir.

- Bəs hazırda hansı elmi iş üzərində çalışırsınız?

- Hazırda Qurani-Kərimin izahını yazıram. Quranın izahını yazmaq insandan qeyri-adi elmi təfəkkür tələb edir. Quranın izahı ilə tapdığım məsələlərdən yeni-yeni elmi fikirlər hasil edirəm. Quranın izahı ilə bağlı yüzlərlə yeni fikir və ideyalar vermişəm. Hələlik onun da üzərində işləyirəm. Ömrümün sonuna qədər elmlə məşğul olacağam amma beynəlxalq təşkilatlara göndərmək baxımından altı-yeddi nəzəriyyə ilə kifayətlənəcəyəm. Allah qoysa, imkanım olsa, Quranın izahını dünya müsəlmanlarının müzakirəsinə təqdim edəcəyəm. Bundan əvvəl də bir neçə elmi əsər yazmışam ki, bunlardan biri də “Tərəqqinin metafizikası”dır. Üç cildlik kitabdır. Dünyada heç bir alim, filosof tərəqqinin metafizikası ilə bağlı bir cümlə də yazmayıb. Tərəqqinin fizikası Allah-Təalanın istəkləri ilə dünyada gedən proseslərin, tərəqqinin mahiyyətlərinin bir –birinə nə dərəcədə uyğun olması ilə əlaqədardır. Düşünürəm ki, dünya elminə böyük bir töhvə olacaq. Bu kitabı bitirmişəm. Çapı ilə əlaqədar maddi problemlər olduğu üçün hələ ki, qalıb. Eyni zamanda yeni-yeni elmi kəşflərim var ki, bunlar da həmin nəzəriyyələrdə öz əksini tapıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017