Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kəlbəcər rayon məktəbləri yeni tədris ilinə hazırdır
Tarix: 18.09.2017 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Kəlbəcər rayonunun təhsil işçiləri 2016-2017-ci dərs ilini uğurla başa vuraraq yüksək nəticələr əldə etmişlər. Belə ki, rayon məktəblərinin 975 nəfər məzunundan 647 nəfəri (68%) qəbul üçün ali məktəblərə sənəd vermiş, onlardan 419 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Bundan başqa əvvəlki illərin məzunlarından 55 nəfəri 500-dən yuxarı, 30 nəfəri isə 600-dən yuxarı bal toplamışlar.

Bu günlərdə Kəlbəcər təhsil işçilərinin Gəncə şəhərində keçirilən sentyabr konfransında 2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. RTŞ-nin müdiri Elmira xanım rayonun təhsil işçilərinin əldə etdiyi uğurlardan, yol verilmiş nöqsanlardan geniş söhbət açdı:
- Ölkədə həyata keçirilən uğurlu təhsil islahatlarının və qəbul olunmuş Dövlət Proqramlarının dönmədən icra olunması nəticəsində təhsilimiz günü-gündən mütərəqqi, qabaqcıl təcrübəni özündə əks etdirərək sivil dünyaya inteqrasiya etməkdədir. Bunun bariz nümunəsidir ki, hər il gənclərimiz dünyanın tanınmış və aparıcı universitetlərinə qəbul olur, dövlətmizin maddi dəstəyi və qayğısı nəticəsində təhsillərini davam etdirirlər.Biz məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə bütün Kəlbəcər rayon təhsil işçiləri adından Cənab Prezidentə öz dərin minnətdarlığımızı bildiririk. Məktəblərin maddi tədris bazası günü-gündən möhkəmlənir, zənginləşir və yeni informasiya, kommunikasiya texnologiyalar ilə təchiz olunur. Müasir tələblərə cavab verən beynəlxalq standartlara uyğun yeni dərsliklər hazırlanmış, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Kəlbəcər RTŞ, eləcə də ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramlarının, “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”nun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsinə səy göstərmiş, 2016-2017-ci dərs ilində də öz işini bu istiqamətdə qurmağa çalışmışdır. Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, hazırda respublikanın ayrı-ayrı bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin uşaqlarını icbari təhsilə cəlb etmək, müəllim və digər məktəb işçilərini işlə təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə 2016-2017-cı dərs ilində 110 ümumitəhsil məktəbi təşkil olunmuşdur. Bu məktəblər respublikanın 19 şəhər və rayonunun 76 yaşayış məntəqəsində fəaliyyət göstərir ki, onlardan da 95-i tam orta, 15-i ümumi orta məktəblərdir.
Tədris ili ərzində məktəblərdə aparılan monitorinqlər nəticəsində rayonun 3, 5, 7, 25, 39, 40, 47, 57, 64, 70, 71, 86, 93, 96, 111, 114, 119 və 127 nömrəli məktəblərdə şagirdlərin dərsə davamiyyətinin zəif olduğu, eləcə də müəllimlərin və texkini işçilərin əmək intizamında ciddi nöqsanların olduğu aşkar edilmiş, vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 3, 40, 64, 70, 71, 86 nömrəli məktəblərin direktorları tutduqları vəzifədən azad edilmişdir. Dərs ilinin sonunda şagirdlərin ümumi sayı 13977 nəfər olmuşdur. IX sinif üzrə 1053 nəfər şagird ümumi orta təhsil haqqında attestat, XI sinif üzrə 975 nəfər şagird tam orta təhsil haqqında attestat almişdır. Tədris ilinin sonunda rayonun ümumtəhsil məktəblərinin I-IV siniflərində 1897 şagird, V-IX siniflərində 1350 şagird, X-XI siniflərində 332 şagird əla qiymətlərlə tədris ilini başa vurmuşdur.
Məktəblərimizdə Azərbaycan təhsilinin mütəmadi inkişafını təmin etmiş ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin öyrədilməsinə həmişə böyük önəm verilir. Bütün məktəblərimizdə Heydər Əliyev güşələri və stendləri təşkil edilmiş, təhsil işçilərimiz və şagirdlərimiz Ulu öndərimizə, onun ideyalarına, ideya-siyasi irsinə dərin məhəbbət bəsləyirlər. Ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş respublika inşa müsabiqələrində məktəblərimiz uğurla iştirak etmişlər.
2016-2017-cı dərs ilində rayonun ümumitəhsil məktəblərində IX sinif üzrə 1053 nəfər, XI sinif üzrə 975 nəfər mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanında iştirak etmişdir.
Bu il Təhsil Nazirliyindən 1053 ədəd ümumi orta təhsil haqqında attestat və 975 ədəd tam orta təhsil haqqında attestat alınaraq vaxtında şagirdlərə çatdırılmışdır. Əvvəlki illərdən qalan məzunlardan 4 nəfərə şəhadətnamə, 5 nəfərə attestat, eksternat qaydada 11 nəfərə attestat verilmişdir. Sevindirici haldır ki, 23 nəfər şagirdimiz IX sinfi, 11 nəfər şagirdimiz XI sinfi fərqlənmə attestatı ilə təhsilini başa vurmuşlar. XI sinif məzunlarının 66%-i yəni, 647 nəfəri qəbul üçün ali məktəblərə sənəd vermiş, ayrı-ayrı ixtisas qurupları üzrə sənəd verənlərdən 419 nəfəri ali məktəblərə qəbul olmuşdur. Bundan əlavə əvvəlki illərin məzunlardan 21 nəfər ali məktəblərə qəbul olmuşlar. Qəbul olunanlardan 55 nəfəri "500"-dən yuxarı, 30 nəfəri isə "600"-dən yuxarı bal toplamışdır.
Təhsilin keyfiyyəti məktəbin maddi bazasından və orada dərs deyən müəllimlərin,səriştəliliyindən, onların hazırlıq səviyyəsindən çox aslıdır.
Ulu öndər Heydər Əliyev demişdir: “Müəllimlik çox çətin peşədir.Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudanda çox qiymətlidir”.
Bu gün məktəblərimizdə öz çətin və şərəfli vəzifəsinə sadiq olan və ona tam məsuliyyətlə yanaşan, ağlı və zəkası, biliyi ilə fərqlənən, cəmiyyətin inkişafına öz xeyirxah əməli ilə töhfələr verən qabaqcıl müəllimlərimiz az deyildir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015 ci il tarixli 994 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Sərrəncamına əsasən 2017 ci ilin Aprel-May aylarında Bərdə,Tovuz,Qax,və Bakı şəhərlərində keçirilən imtahanlarda 1717 nəfər müəllim iştirak etmişdir. Diaqnostik Qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdirilmiş, yeni dərs ilindən müəllimlərin dərs yükü norması topladıqları bala uyğun veriləcək, Yeni ildən onların əməkhaaqqıları artırılmaqla maddi rifahları yaxşılaşdırılacaq. Həmçinin yaxın gələcəkdə həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. Hamınıza məlumdur ki, təhsilin təməli, başlanğıcı ibtidai siniflərdən başlayır. Rayonun ümumi təhsil məktəblərinin ibtidai siniflərində 809 nəfər ibtidai sinif müəllimi işləyir, bunlarından 379 nəfəri ali, 430 nəfəri isə pedaqoji orta təhsillidir. 2017-ci ilin may- iyun tarixləri arasında Kəlbəcər rayon ümumtəhsil məktəblərinin IV siniflərində şagirdlərin bilik səviyyəsini yoxlamaq məqsədilə sınaq imtahanları keçirilmişdir. Keçirilmiş imtahanların nəticələri məktəblər üzrə ümumən zəif qiymətləndirilmişdir. Şagirdlər, əsasən, əsas fənlərdən (Ana -dili, riyaziyyat) yaxşı nəticə, digər fənlərdən İngilis dili, Texnologiya, Həyat bilgisi, Musiqi, Təsviri incəsənət fənlərindən çox zəif nəticə göstəmişlər. Bu da məktəblərimizdə ibtidai sinif müəllimlərinin ümumi bilik və peşəkarlıq səviyyəsinin aşağı olması, şagirdlərə bilik və bacarıqların yeni təlim metodları ilə çatdırılmamasına gətirib çıxarır. Bunun məntiqi nəticəsidir ki, diaqnostik qiymətləndirmədə iştirak edən 531 nəfər ibtidai sinif müəllimindən 119 nəfəri 0-20 bal arası nəticə göstərmişdir.
Azərbaycan Respublikasında təhsil aparıcı sahə kimi daim dövlətimizin diqqətində olmuş və bu gün də bu ənənə çox hörmətli Prezdentimiz zati aliləri cənab İlham Əliyev və ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının I vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Son illər müasir tələblərə cavab verən, beynəlxalq standartlara uyğun yeni məktəb binaları, əlavə tədris korpusları tikilmiş, köhnə məktəblər yenidən qurulmuş, əsaslı təmir işləri aparılmış, müasir avadanlıqlarla təchiz olunmuşdur. Hörmətli Prezidentimizin Kəlbəcər rayonundan olan məcburi köçkünlərə diqqət və qayğısının nəticəsində Respublikasının bir çox yaşayış məntəqələrində kəlbəcərlilər üçün yeni yaşayış qəsəbələri və ümumtəhsil məktəbləri inşa edilmişdir. Göygöl rayon ərazisində “Murovdağ qəsəbəsi”, Goranboy rayonunun Veyisli kəndində “Yeni qəsəbə”, Yevlax şəhərində “Yeni qəsəbə”,Qəbələ şəhərində “Zarağan-1”, Gəncə şəhərinində Yeni qəsəbə,Bərdə şəhərində Yeni qəsəbə,Göygöl rayon Hacıməlik ərzisində yeni qəsəbə tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdir. Bu möhtərəm Prezdentimiz İlham Əliyevin biz kəlbəcərlilərə diqqət və qayğısının bariz nümuməsidir. Məktəblərin beynəlxalq standartlara cavab verən dərsliklərlə, İnformasiya və kommunikasiya texnologiyaları ilə təminatı da nəzərəçarpacaq dərəcədə yaxşılaşmış, müəllimlərin rifah halı gün-gündən yaxşılaşmışdır.
2016-2017-ci tədris ili ərzində əldə olunmuş uğurlarla yanaşı məktəblərimizdə bir sıra nöqsan və çatışmazlıqlar olmuşdur. Yol verilmiş nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün Kəlbəcər Rayon Təhsil Şöbəsi öz işini planlaşdırmış, şöbənin və təhsil şurasının illik iş planı tərtib olunmuş, məktəblərin fəaliyyətinə, əmək intizamına nəzarət gücləndirilmişdir. Bütün çətinliklərə baxmayaraq öz işimizi günün tələbləri səviyyəsində qurmaga çalışacağıq. Rayonumuzda, xüsusilə də təhsilimizdə yaradılmış sağlam mühit biz təhsil işçilərini sevindirir, işçilərimizin işgüzarlığını artırır. Bunun üçün Azərbaycan Respublikası Təhsil Naziri Cənab Mikayıl Cabbarova, çox hörmətli deputatımız Millət Vəkili Cavid müəllimə, RİH Başçısı Aqil müəllimə təşəkkür edir, onlara Sizlərin adından dərin hörmət və ehtiramımızı bildirirəm. Kəlbəcər rayonunun çoxsaylı təhsil işçiləri ölkə prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti həmişə dəstəkləmişdir, bu gün də dəstəkləyir və daim dəstəkləyəcəkdir. Bu gün təhsil işçiləri dövlətimizin və dövlətçiliyimizin inkişafı və tərəqqisi naminə Dövlət başçımızın ətrafında daha sıx birləşərək ölkədə aparılan siyasi və quruculuq işlərində, həmişə olduğu kimi, bundan sonra da fəal iştirak edəcəklər. Rayonumuzun bütün təhsil işçiləri ürəkdən inanır ki, Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, xarici siyasəti nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad olacaq, İcra başçımızın rəhbərliyi altında biz doğma Kəlbəcərimizə qayıdacağıq, növbəti görüşlərimizi orada keçirəcəyik. Kəlbəcər rayonuun çoxsaylı təhsil işçiləri adından Təhsil Nazirliyini, RİH-ni əmin edirəm ki, yeni dərs ilində mövcud nöqsanlarınaradan qaldırılması və təkrar olunmaması üçün bütün imkanlardan istifadə edərək Kəlbəcər təhsilini layiq olduğu səviyəyə qaldırmaq üçün var gücümüzlə çalışacağıq.
Konfransın işində iştirak edən kəlbəcər RİH-nin başçısı Aqil Məmmədov əldə edilmiş nailiyyətlərlə yanaşı bir sıra nöqsanların olduğunu da qeyd edərək tövsiyələrini bildirdi.
Aşıq Şəmşir adına İctimai Birliyin sədr müavini Həbib Misirov konfransın sonunda çıxış edərək Birliyin sədri Qənbər Qurbanovun adından 600-dən yuxarı bal toplamış 30 nəfər məzunu İB-in pul mükafatlarınf təqdim etdi.
Kəlbəcər RİH-in bir qrup qabaqcıl müəllimi pula, RTŞ ən yüksək nəticələr göstərmiş məktəblərin direktorlarını fəxri fərmanlarla təltif etdi.

Musa Əziz


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017