Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik"
Tarix: 18.09.2017 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Dünən əfqan xalqı Milli bayramını qeyd edib. Bu münasibətlə Əfqanıstanın ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib. Əvvəlcə Azərbaycanın və Əfqanıstanın himnləri səsləndirilib. Daha sonra çıxış edən Əfqanıstanın ölkəmizdəki səfiri Məhəmməd Taqi Xəlili bildirib ki, Əfqanıstanın Milli bayramının 98-ci ildönümünün Bakıda qeyd olunmasından məmnundur.
"Təhlükəsizlik məsələsi ölkəmizin inkişafı yolunda hələ də əngəldir və bunu dünya ictimaiyyəti də qəbul edir. Bütün bu maneələri aşmaqda Azərbaycan hökuməti bizə dəstək verir. Qardaşlığımız gündən-günə güclənir. Azərbaycanda yaşayan əfqanlar burda hər sahədə təlim alır ki, biz bunu alqışlayırıq. Əfqanıstan prezidentinin Bakıya məlum səfəri də ölkələrimiz arasında dostluğa bariz nümunədir", - deyən səfir ikitərəfli hərbi əməkdaşlığı xüsusilə vurğuladı.
Bildirdi ki, Azərbaycanın İstanbul prosesində rolu, dekabrda Bakıda keçiriləcək Nazirlər Şurasının iclası Əfqanıstan tərəfindən alqışlanır. Ölkəmiz Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanı dəstəkləyir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanı bildirdi ki, Əfqanıstan tarixi dövr ərzində özünəməxsus inkişaf yolu keçib. "Azərbaycanla Əfqanıstanın dostliği qədimdən mövcuddur. Onun İpək Yolu üzərində yerləşməsi isə əlaqələrin inkişafına təkan verib. Son vaxtla ölkələrimiz arasında hər bir sahədə əlaqələrin inkişafı istiqamətində böyük addımlar atılıb. Əşrəf Qəni prezident seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana edib. Bu il Bakıda keçirilən İslam oyunlarında Əfqanıstan idmançıları 7 medal qazanıb", - deyən M.Qurbanov bildirdi ki, əlaqələrin indiki səviyyəyə çatmasında qarşılıqlı səfərlər və sənədlərin imzalanması mühümdür. Sonda komitə sədri Əfqanıstan hökumətinə Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəkdən dolayısı təşəkkür etdi.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017