Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nalbandyanın “təhlükə yaratmayan ərazilər” tələsi – MÖVQE
Tarix: 19.09.2017 | Saat: 14:30:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın xarici işlər naziri Edvard Nalbndyan ötən axşam müəmmalı bəyanat verdi. Nalbandyan dedi ki,  Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində "Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir:

 "Ərazilərin qaytarılması ilə əlaqədar söhbət təhlükəsizlik baxımından nə Qarabağa, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir. Başqa təfərrüatlar barədə məlumat verə bilmərəm, əks təqdirdə danışıqlar uğursuzluğa düçar olar".

İşğalçı ölkənin xarici işlər naziri bunu İrəvanda "Ermənistan-Diaspora" VI Ümumerməni Forumunda iştirakçıların suallarını cavablandırarkən qeyd edib. Bəyanatın arxasında nə dərəcədə hiyləgərlik dayandığının yəqin fərqinə vardınız.

 Birincisi, “başqa təfərrüat açıqlamamaqla” Nalbandyan guya məsələnin sülh yolu ilə nizamlanması üçün canfəşanlıq göstərdiyini deyir. Öz fonunda ölkəsini də Qarabağ məsələsinin həllində “istəkli” olduğunu göstərməyə çalışır. İkincisi, Nalbandyan başqa heç nə açıqlamır. Yəni, hansı şərtlər əsasında “əhəmiyyətsiz torpaqlar” qaytarılacaq, bu qeyd olunmur. Üstəlik, əhəmiyyətsiz idisə niyə işğal olunmuşdu? Zəbt ediləndən sonra niyə qaytarılırdı?

Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə hafta.az-a açıqlamasında deyib ki, hadisələrin axarını izləmək lazımdır. Millət vəkilinin sözlərinə görə, Nalbandyan yenə də “gözdən pərdə asmağa” çalışır:

 “Mənə elə gəlir ki, Nalbandyan bu cür bəyanatlar verməklə oyun oynayır; beynəlxalq ictimaiyyəti münaqişə ilə bağlı yanlış fikir formalaşdırmağa sürükləyir. Konkret olaraq gözləmək lazımdır. Ermənistanın bu bəyanatdan sonra Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirib-yetirməyəcəyi maraq doğurur. Çox güman ki, Edvard Nalbandyan bu cür qeyri-dəqiq, müəmmalı açıqlaması ilə Ermənistanı qətnamələrin icrasından yayındırmağa çalışır. Ermənistan dəfələrlə danışıqlarda iştirak etmək görüntüsün formalaşdırmaq üçün dəyirmi masalara qatılıb. Guya, İrəvan hansısa addım atmağa cəhd edirmiş kimi davranmağa çalışıb. Lakin həmişə qərar qəbul etməzdən öncə kənara çəkilib və bütün prosesi pozub”.

 Millət vəkili deyir ki, bəyanatdan sonrakı addımları izləmək lazımdır:

“Bundan sonra nələrin baş verəcəyini sadəcə gözləməyi düşünürəm. Hesab edirəm ki, işğalçı Ermənistan yenə də qərarların icrasından qaçacaq. Xatırlatmaq istəyirəm ki, zamanında Parisdə “tualet diplomatiyası” həyata keçirilmişdi. Proses və münaqişənin həllində hər hansı bir irəliləyiş olan kimi işğalçı dövlətin siyasi rəhbərliyi müəyyən hiylələrlə aradan çıxmağa çalışırdılar. Real addımlar atmaqdan son anda vaz keçirdilər. Belə bir bəyanatın təzyiqlərin müqabilində verildiyini də istisna etmirəm. Söhbət real addıma gələndə onlar yenə də icrasından yayınacaqlar”.  

 Millət vəkili Məlahət Həsənova isə qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünə təcavüz olduğunu bu yöndə qəbul edilmiş sənədlərin hamısına qeyd olunub. Ermənistan işğalçı dövlət kimi tanınıb. Həmin sənədlərdə də Ermənistan qoşunlarının qeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxması tələb olunur. Əsl həqiqət budur. Kimin nə deməsi isə bir o qədər əhəmiyyətli deyil:

 “Nalbandyan və yaxud Ermənistandan kimsə torpaqların müəyyən hissəsinin qaytarılması ilə bağlı qeyri-müəyyən açıqlama verirsə və bunu “Qarabağa daxil olan rayonların təhlükəsizliyinə zərər verməyəcək bölgələr istisna” adı ilə bəyanat yayırsa, onun bu sərsəmləmələrinə Quran ayəsi kimi baxmamalıyıq. Bundan başqa, onun dedikləri beynəlxalq hüquq tərəfindən ratifikasiya olunmuş fikirlər də deyil. Azərbaycan dövlətinin, rəhbərliyin Qarabağ və ətraf yeddi rayonun işğaldan azad edilməsi ilə bağlı istinad etdiyi əsas nöqtə beynəlxalq hüquqdur. Eyni zamanda, buraya ölkəmizin gücünü də əlavə edə bilərik”.

 Məlahət Həsənova onu da qeyd edib ki, biz ancaq hüququn aliliyi prinsiplərinə əməl edirik. Bütün beynəlxalq təşkilatlar, başda BMT-nin Təhlükəsizlik Şurası olmaqla, eləcə də İslam Konfransı Təşkilatı və digər qurumlar Azərbaycanın işğala məruz qalması, ərazilərinin 20 faizinin işğal olunması faktını sənədlərlə təsdiq edib:

 “Ərazilərimizin işğalı müxtəlif illərdə mühüm beynəlxalq sənədlərdə öz əksini tapıb. BMT-nin dörd qətnaməsində Ermənistanın işğal etdiyi ərazilərdən çıxması tələb olunur. Bunları sadalamaqda məqsədim odur ki, biz nalbandyanın və ya hər hansı Ermənistan təmsilçisinin dedikləri əsasında öz işimizi qurmamışıq. Torpaqlarımızın azad edilməsi bizim üçün prinsipial məsələdir. Biz beynəlxalq müstəvidə hüququn aliliyinə və Azərbaycan dövlətinin gücünə əsaslanıb münaqişəni həll etmək istəyirik. Bütün beynəlxalq təşkilatlar işğal olunmuş ərazilərin hamısını Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edib”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017