Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qərb sülh istəsəydi referendumu ləğv edərdi” – SAHİB ALIYEV
Tarix: 19.09.2017 | Saat: 14:15:00
Bölmə:Siyasət | çapa göndər

Hafta.az-ın xəbərinə görə, bazar günü İraqın quzeyində, çoxdandır de-fakto müstəqil dövlət halına gətirilən Kürdüstanda referendum keçirilməsi planlaşdırılır. Anlaşılan odur ki, “Böyük Kürdüstan” planını ortaya atanların məqsədi heç də belə bir dövlətin yaranması deyil.

Daha dəqiqi, bu onlar üçün birinci dərəcəli önəm kəsb etmir. Onlar üçün önəmli olan regionda xaosun daha da genişlənməsidir.

Məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev deyib ki,  Birləşmiş Ştatlara görə, Kürdüstanda müstəqilliklə bağlı referendum təxirə salınmalıdır. Belə bir referenduma qarşı çıxılmır, sadəcə olaraq onun təxirə salınması üzdə məsləhət görülür:

“Arxada nə tapşırıqlar verilir, bunu bir özləri, bir də tapşırıq verdikləri bilirlər. Ən acınacaqlısı isə odur ki, BMT-nin baş katibi Antonio Guterres də Vaşinqtonun dediklərini birəbir təkrarlayır. Halbuki onun tutuduğu vəzifə tələb edir ki, mərkəzi hakimiyyətin izni olmadan hər hansı bir ölkənin parçalanmasına yol açan belə bir referendumu qətiyyətlə pisləsin”.

Millət vəkilinin sözlərinə görə, aydınca görünür ki, Qərbdəki bəlli çevrələr bəzilərinin düşündükləri kimi heç də kürdlərin yanında deyillər. Onlar kürdlərin regiondakı digər xalqlarla savaşını qaçılmaz edən planın yanındadırlar:

“Əgər kürdlərin yanında olsaydılar, keçirilməsi planlaşdırılan referendumu qətiyyətlə dəstəkləyərdilər. Belədə referendum əleyhdarları qarşılarında qərbi görüb, göz önünə Serbiyanı gətirib ona uyğun hərəkət edərdilər. Əgər qərbdəkilər özləri dedikləri kimi guya regionda sülh istəsəydilər, eyni qətiyyətlə Kürdüstanda referendum keçirilməsini rədd edərdilər. Belə bir refernduma qarşı çıxmayıb onun keçirilməsinin təxirə salınmasını məsləhət görmək isə, haqlı olaraq bu prosesin təkcə İraqın parçalanmasıyla bitməyəcəyini düşünərək bundan əndişə duyanları kürdlərlə açıq savaşa həvəsləndirməkdən başqa bir şey deyildir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017