Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İran parlamentinin sədri Urmiya gölünə baş çəkib
Tarix: 19.09.2017 | Saat: 14:21:00
Bölmə:Dünya | çapa göndər

Bir neçə gün öncə İran parlamentinin sədri Əli Laricani Qərbi Azərbaycan vilayətinə səfər edib.

Hafta.az İran mənbələrinə istinadən yazır ki, spiker burada olduğu müddətdə bir neçə azərbaycanlı millət vəkili ilə bərabər Urmiya gölünə baş çəkib. İran mətbuatı səfərin məqsədinin yeni tikilən Urmiya-Təbriz magistralının ilk 40 kilometrinin istifadəyə verilməsini göstərir. Şübhəsiz ki, cümə günü səhənd stadionunda Urmu gölü böhranı ilə bağlı səsləndirilən şüarlar Ə.Laricaninin Urmiyə səfəri və gölə baxış keçirməsində təsirsiz deyil. Bir qrup isə səfərin əsas məqsədinin qrumaqda olan Urmiya gölünə baxış keçirmək olduğunu yazır. Onların qənaətincə, sentyabrın 15-də Təbrizdəki Səhənd stadionunda "Traxtur" və Məşhədin “Siyah Cameqan” komandaları arasında keçirilən oyun zamanı stadiona toplaşan 30 min azarkeşin “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir” şüarı səsləndirərək Urmu gölündə baş verən böhranla bağlı İran parlamentini günahlandırıblar ki, cənab Laricani də məhz onları eşidib, bölgəyə səfər edib. 

Qeyd edək ki, Urmiya (Urmu) gölünün canlandırılması ilə bağlı başda prezident Həsən Ruhani olmaqla ölkənin yüksəkrütbəli şəxsləri davamlı olaraq açıqlamalar versə də, göldə vəziyyət gün keçdikcə daha da pisləşir. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017