Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bugünkü hərracda 44 əmlak özəlləşdirilib
Tarix: 19.09.2017 | Saat: 15:25:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti hərracını keçirib.

Komitədən hafta.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 17-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarım tikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarım tikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlarda isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kvadratmetrə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da, bu obyekt 93 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələri arasında ən yüksək satış qiyməti də elə bu əmlakda qeydə alınıb.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhərində yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 24,5 kvadratmetr, torpaq sahəsi isə 1000 kvadratmetrə yaxındır.

Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxın torpaq sahəsi isə 1000 kvadratmetrdən çoxdur.

Paytaxtla yanaşı regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Paytaxtın Xətai rayonunda yerləşən 400 saylı mağaza, Kürdəmirdə olan Yardımçı təsərrüfat bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlaklar hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 5-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Suraxanıda, 2-si Sabunçuda, qalanları isə müvafiq olaraq Nəsimi, Nizami, Nərimanov, Binəqədi, Qaradağ, Səbail rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt şəhərində, Şirvan, Samux, Quba, Xaçmaz rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 10 kvadratmetr ilə 200 kvadratmetr arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Binəqədi rayonunda yerləşən sahəsi 10 kv.m olan qeyri-yaşayış sahəsidir.

Hərracda bir yarım tikili də özəlləşdirilib. Bu, sahəsi 500 kvadratmetr olan Gədəbəydə yerləşən Məişət evinin yarımçıq tikilisidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir:

Qeyd edilməlidir ki, hərracların keçirilmə üsullarının və prosedurlarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 26 sentyabrda keçiriləcəkdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017