Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ramil Usubov Rusiyanın polis generalı ilə görüşüb
Tarix: 19.09.2017 | Saat: 17:24:00
Bölmə:Hadisə | çapa göndər

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Umnovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, R. Usubov S. Umnovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə R. Usubov Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradələrinə uyğun olaraq son illər qarşılıqlı səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar nəticəsində ölkələr arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini deyib. Bu kontekstdə Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyətinin ötən ilin dekabr ayının əvvəllərində Azərbaycana rəsmi səfəri, 2017-2019-cu illərdə Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun imzalanması, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin təşkili diqqətə çatdırılıb.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, o cümlədən Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusən kadr hazırlığı, məlumat və təcrübə mübadiləsinə ciddi diqqət yetirildiyini bildirən nazir əməliyyat-xidməti fəaliyyətin əsas istiqamətləri üzrə əməkdaşlığın genişlənməsində Azərbaycan tərəfinin qərarlı olduğunu, bu səfərin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib.

Qəbula və ətraflı məlumata görə daxili işlər nazirinə təşəkkür edən polis general-leytenantı Sergey Umnov əməkdaşlığın dərinləşdirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb, səfərinin bu məqsədə xidmət edəcəyinə əminliyini ifadə edib.

Səfər çərçivəsində rusiyalı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların işi və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017