Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rasionallaşan təhsil müəssisələri
Tarix: 19.09.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edirlər ki, fəaliyyəti zəif olan müəssisələrin birləşdirilməsi zəruridir

Məlum olduğu kimi, təhsil naziri Mikayıl Cabbarov nazirlik tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması barədə əmr imzalayıb.
Nazirin əmrinə əsasən 300-dən artıq məktəbdənkənar müəssisə ləğv olunub və onların birləşdirilməsi nəticəsində 130-a yaxın yeni müəssisə yaradılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov Lent.az-a müsahibəsində Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin resionallaşdırılması ilə bağlı bir sıra tədbirlər keçirildiyini təsdiqləyib.O həmçinin vurğulayıb ki, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazalarında “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi" formalaşdırılıb: “Bu prosesin davamı olaraq Təhsil Nazirliyinin yeni əmrinə əsasən, respublikanın rayon və şəhərində idman və yaradıcılıq sahələri üzrə məktəbdənkənar müəssisələrin birləşdirilməsi, onların bazasında yeni müəssisələrin yaradılması və çoxprofilli fəaliyyətin təmin edilməsi üçün uşaq-gənclər inkişaf mərkəzləri, idman sahəsi üzrə uşaq-gənclər idman və şahmat məktəbləri yaradılıb. Görülən tədbirlər uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, zərərli vərdişlərdən uzaqlaşdırılmasına imkan yaradacaq, onların mənəviyyatın, ləyaqətinin formalaşmasına, fiziki sağlamlıqlarına və estetik zövqlərinin artmasına müsbət təsir göstərəcək”.
Nazir müavini deyib ki, rasionallaşdırma prosesində məktəbəqədər təhsil müəssisələrində çalışan böyük sayda müəllim və mütəxəssislərin ixtisar olunmaması məqsədilə dövlət büdcəsindən işçilərin əmək haqlarının tam şəkildə ödənilməsi üçün əlavə vəsait ayrılıb: “Bu tədbirlər nəticəsində yeni tədris ilində məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin ixtisar olunması gözlənilmir”.
Yeri gəlmişkən, ötən ilin əvvəlindən başlayaraq orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılmasına da start verilib. Belə ki, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq, Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib. Sözügedən qərarla orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.
Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci,Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb.
Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.
Bundan başqa, Nazirlər Kabineti Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında da qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Dövlət Dəmir Yolu Liseyi və 2 nömrəli Bakı Peşə Məktəbi, onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə yanaşı, 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi, 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib. Eyni zamanda, sözügedən qərarla Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 4 nömrəli Bakı Peşə Liseyi, 14 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 6 nömrəli Bakı Peşə Liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilib və onların bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bakı Kompüter Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Liseyi birləşdirilib və onların bazasında Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 8 nömrəli Bakı Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 15 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 18 nömrəli Bakı Peşə Liseyi və 3 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 6 nömrəli Bakı Peşə Məktəbinin bazasında Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilib və onların bazasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və 3 nömrəli Gəncə Peşə Liseyi, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilib və onların bazasında Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Ekspertlər də hesab edirlər ki, eyni təyinatlı təhsil müəssisəsinin optimallaşdırılması zəruridir. Bu addım təhsil şəbəkəsinin daha keyfiyyətli və daha səmərəli fəaliyyət göstərməsinə şərait yarada bilər. Güman edilir ki, bu həm təsil sisteminin modernləşməsinə, həm də dövlət xərclərinin optimallaşdırılmasına səbəb olacaq.
Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov verilən əmrin doğru bir addım olduğu qənaətindədir: “Təbii ki, təhsil sahəsində öyrəşdiyimiz ənənəvi müəssisələr, ənənəvi adlar artıq dəyişirilməlidir. Çünki bu müəssisələrin fəaliyyəti kağız üzərindədir, praktiki, əməli fəaliyyəti yox dərəcəsindədir. Düzdür, dünya təcrübəsində məktəbənkənar təhsil müəssisələrinin fəaliyyəti və onların istehsalata buraxdıqları kadrlar yüksək səviyyədədir, amma Azərbaycana baxsaq nə peşə məktəblərinin, nə də məktəbdənkənar tədris müəssisələrin fəaliyyətinə əsasən kadrların heç biri əmək bazarına daxil olmayıb. Yəni, təhsilə ayrılan pullar mərkəzləşmiş şəkildə daha inkişafyönümlü sahələrə yönəldilməlidir. Əslində məktəbdənkənar təhsil müəssisələrinin bir çoxlarının ləğv edilməsinin, birləşdirilməsinin əsas səbəbi oradakı müəllimlərin, rəhbərlərin fəaliyyətsizliyidir. Uzun illər ərzində bu və ya digər məbləğdə vəsaitləri alıb, fəaliyyətsiz dayanmaqdansa, normal bir fəaliyyət ortaya qoysaydılar, bu gün onların çalışdıqları müəssisələr bağlanmazdı. Çünki hər il dövlət büdcəsindən 2 milyon manatdan çox vəsait məhz məktəbdənkənar təhsil müəssisələrinə ayrılır. Bu da kifayət qədər ciddi məbləğdir. Fikrimcə, 4 il ərzində Təhsil Nazirliyi gördü ki, bunların fəaliyyətində hər hansısa bir irəliləyiş yoxdur, ona görə də həmin müəssisələrin bağlanması ilə əlaqədar göstəriş verildi".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017