Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İlin ötən dövrünün iqtisadi vəziyyəti
Tarix: 19.09.2017 | Saat: 19:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

İlin sonuncu rübünü yaşayırıq. Ötən il sonu 2017-ci illə bağlı proqnozlar heç də ürəkaçan deyildi. Maliyyə böhranının dərinləşəcəyi, sosial təminatda problemlər olacağı bildirilirdi. Artıq bu ilin 9 ayı geridə qalmaq üzrədir. Ötən dövr ərzində baş verən iqtisadi proseslərə nəzər salaq.

Hökümət qurumlarının hesabatı nikbindir. Məsələn, büdcə gəlirləri ilə bağlı yarımillik proqnoz artıqlaması ilə icra olunub. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən təqdim edilən aylıq hesabatların təhlili göstərir ki, dövlət büdcəsi yanvar ayında profisitlə, fevral, mart, aprel, may və iyun aylarında isə defisitlə icra edilib.
Sənəddə vurğulanıb ki, ən böyük defisit 499,9 mln. manat olmaqla mart ayında yaranıb. Hesabat dövründə gəlirlər üzrə ən böyük icra 1,43 mlrd. manat olmaqla aprel ayında, xərclər üzrə isə 1 mlrd. 721,1 mln. manat olmaqla mart ayında olub. Xərclərin 2017-ci ilin yanvar-iyun ayları üzrə proqnoz və icra göstəricilərinin təhlili göstərir ki, mart və iyun ayları istisna olmaqla digər aylarda proqnoza riayət edilib. Bununla belə, cari ilin mart ayında xərclər proqnozlaşdırılmış məbləğdən 1,8 faiz bəndi çox icra edilib ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən 1,7 faiz bəndi çoxdur.
2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7 mlrd. 724 mln. 834,1 min. manat məbləğində vəsait daxil olub ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunu ilə müəyyən edilmiş 16,255 mlrd. manat məbləğində illik proqnozun 47,5%-nə ,“2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7 mlrd. 551,761 mln. manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olub. 2017-ci ilin altı ayı ərzində dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (31 mlrd. 310,6 mln. manat) nisbəti 24,7% təşkil etməklə əvvəlki ilin analoji göstəricisini 1,7 faiz bəndi üstələyib.
Son 3 ayın göstəriciləri isə ictimaiyyətə hələ açıqlanmayıb. İqtisadçı Əli Əlirzayev deyir ki, 2016-cı ilin proqnozlarının əksinə olaraq bu ili nəinki böhran ili, hətta iqtisadi inkişaf ili kimi dəyərləndirmək olar: “Ən əsası ilin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. İlin ilk aylarında qiymət artımı müşahidə olunsa da, sonradan bu tənzimləndi. 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu il iqtisadi ajiotaj hiss olunmadı”.
Ə.Əlirzayevin fikrincə, ən yaxşı hal kimi manatın məzənnəsinin sabit qaldığını da vurğulmaq olar: “Bundan başqa, qeyri-neft sektorundakı, aqrar sahədəki, sənayedəki canlanmanı da iqtisadi uğur kimi dəyərləndirmək lazımdır. Sənaye parklarının yaradılması, yeni iş yerləri gələcək üçün qoyulan sərmayədir. Yəni iqtisadiyyatla bağlı ümidli proseslər daha çoxdur, nəinki perssimist proqnozlar vermək”.
2017-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artıb. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 60.3% təşkil edib.
Bu ilin ötən dövrü ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin həcminə nəzər salaq. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafına 2017-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7 138,6 milyon manat vəsait yönəldilib.
Sənayedə neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,3% azalaraq 4 344,0 milyon manat təşkil edib. Sənayedə qeyri-neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi ötən ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 414,7 milyon manat təşkil edib. Ümumi vəsaitin 66,7% sənaye sahələrinin inkişafına yönəlmiş, bu da 4 758,7 milyon manat təşkil edib.
Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 90,6% mədənçıxarma sənayesi, 2,4% emal sənayesi, 3,6 % elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 3,3% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilib.
Bu sahəyə diqqət sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqına da təsirsiz ötüşməyib. 2017-ci ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı 192,4 min nəfər təşkil edib, onların orta aylıq nominal əmək haqqı isə 7,2% artaraq 975,2 manat olub.
İşçilərin 33,7 min nəfəri mədənçıxarma, 100,4 min nəfəri emal, 27,2 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,1 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.
Göründüyü kimi, ötən dövr qeyri-neft sektorunun, sənayenin inkişafına yönəlmiş tədbirlər görülməsi ilə zəngin olub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017