Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Fransa mədəniyyəti Şəkidə nümayiş olunacaq
Tarix: 20.09.2017 | Saat: 19:56:00
Bölmə:Mədəniyyət | çapa göndər

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Birliyə daxil olan 15-dək ölkənin toplandığı və öz mədəniyyətlərini təqdim etdiyi “Eurovillage” festivalı sentyabrın 23-də Şəki şəhərində keçiriləcək.

Fransanın ölkəmizdəki səfirliyinin məlumatına istinad edən Hafta.az yazır ki, tədbirdə Fransanı bu ölkənin Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutu (İFA) təmsil edəcək. Tədbir çərçivəsində həmçinin Şəki ilə Elzas regionunda yerləşən Kolmar şəhəri arasında yaradılmış dostluq qeyd ediləcək.
Festival günü Elzas reqionunun nemətləri tamaşaçılara təqdim olunacaq. Eləcə də Fransa ilə əlaqəli maraqlı oyunlar təşkil olunacaq. Fransa səfirliyinin nümayəndə heyəti tamaşaçılara bu ölkədə təhsil imkanları və İFA-da təşkil olunan fransız dili kursları ilə bağlı da məlumat verə biləcəklər.
Günün ikinci yarısı Fransa ilə Azərbaycanın dostluğunu əks etdirən personajlar festivala şərəf buyuracaqlar. Bu münasibətlə tamaşaçılar Şarl de Qol, dostu Əhmədiyyə Cəbrayılov, Mirzə Fətəli Axundov və Müsyö Jordanı izləmək şansını əldə edəcəklər.
Bununla yanaşı Şəki universitetinin kitabxanasında Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun (İFA) dəstəklədiyi “Avropa kitabları məkanı”nın açılışı olacaq.

Vüsal


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017