Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni Günəşli abadlaşdırılır - REPORTAJ
Tarix: 20.09.2017 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Qəsəbədə 24 abad məhəllə salınacaq

Paytaxtın Suraxanı rayonu həmişə öz nümunəviliyi ilə seçilib və indinin özündə də seçilir. Belə ki, adıçəklən rayonda aparılan abadlıq və quruculuq işləri sakinlərin və eləcə də paytaxtımıza gələn qonaqların diqqətini çəkir. Xatırladaq ki, rayonun mərkəzi yolları, qəsəbələrə gələn və qəsəbələrdaxili yolların yol infrastrukturu yenidən qurulur. Eyni zamanda, parklar təmir edilir və eləcə də qəsəbələrin məhəllələrində abad məhəllələr, parklar salınır. Yeni Günəşli qəsəbəsində abadlıq işləri daha da sürətləndirilib.
“Həftə içi”nin əməkdaşı olaraq, yolumuzu, təxminən, 70 mindən yuxarı sakini olan adıçəkilən ünvandan, yəni Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış sahəsiindən saldıq. Artıq 1, 2, 3, 4, 5, və 6 saylı doqquzmərtəbəli yaşayış binalarının həyəti abadlaşdırılıb. Meydançalara və daxili yollara asfalt örtük vurulub, “söhbətgah”lar və oturacaqlar qoyulub, uşaq oyuncaqlarına kimi quraşdırılıb. Eləcə də binaları əhatə edən həyətin ortasında uşaqların oynaması üçün idman meydançaları salınıb, səki-yollar çəkilib, yolqırağı bardürlər yeniləri ilə əvəzlənib. Başlıcası odur ki, binaların fasadları rənglənib, dam örtükləri təmir edilib.


Camal adlı sakin bildirdi ki, əvvəllər ərazi natəmizlik içində idi: “80-dən yuxarı yaşım var. Asudə vaxtlarımda gəlib Veteranlar Evinin həyətində istirahət edirik. Kanalizasiya, su və istilik xətləri tez-tez sındığından, çirkab sular ətrafa axırdı, üfunətdən və natəmizlikdən həyətdə oturmaq olmurdu. Artıq bu problemlər arxada qalıb. Məhəlləmizin təmizliyi və abadlığı ilə məşğul olan 105 saylı Mənzil Kommunal İstismar Sahəsinə Həbib Qurbanov adlı bir şəxs rəis təyin edilib. Rəisin ayağı düşərli oldu. Həbib müəllim gələn gündən abadlıq və təmizlik işləri ilə məşğul olur. Əvvəllər həyət-baca məişət tullantıları ilə dolu olardı. Laçın Mərasim evinə yaxın böyük bir ərazi zibilxanaya çevrilmişdi. Təzə tikilmiş bina ərazisi bərbad vəziyyətdə idi, yağmurlu günlərdə, yas mərasimləri zamanı mərasim evinə gəlib- getməkdə insanlar çətinlik çəkirdi. Artıq həmin ərazilər zibilliklərdən təmizlənib, meydançalar və məhəllədaxili yollara asfalt örtüyü vurulub. Bir sözlə, qəsəbəmiz daha da gözəlləşib. Biz sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də Suraxanı rayon rəhbərliyinə öz təşəkkürümüzü bildiririk”.
Vəkil adlı sakin 4-cü binada yaşadığını dedi. Onun sözlərinə görə, yaşadığı binanın həyəti müəyyən adamlar tərəfindən qanunsuz olaraq zəbt edilmişdi: “Həyətlərin içərisi zibilliklə dolu olardı, böyürtkən kolu və alaq otları ərazini basmışdı. Bir balaca külək olan kimi, mənzillərə toz dolardı. İndi isə hər şey arxada qalıb. Məhəlləmizdə aparılan abadlıq işləri artıq göz oxşayır. Hər tərəf yaşıllığın və təmizliyin içindədir. Səliqə-sahmanı ilə seçilir qəsəbəmiz”.


Abadlıq işləri hələ də davam edir. Suraxanı rayon MKTB 105 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Həbib Qurbanovla ərazidə, iş başında görüşdük. Bütün işlərə nəzarət edən Həbib Qurbanov görülən və görüləcək işlər barədə “Həftə içi”nə danışdı. Bildirdi ki, abadlıq işləri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin dəstəyi ilə aparılır: “Belə ki, “Q” Yaşayış Sahəsində yerləşən 24 binanın həyətində qanunsuz zəbt olunmuş həyətyanı sahələr söküləcək və yerində abad məhəllə, istirahət parkları salınacaq. Artıq həmin ərazilərdə təmizlənmə və abadlıq işlərinə başlanılıb, meydançalar və daxili yollar asfaltlanır. Başlıcası odur ki, uşaqların oynaması üçün müasir uşaq oyuncaqları quraşdırılacaq və idman meydançalarına kimi salınacaq. Məqsəd abad məhəllə, sakinlərin istirahəti üçün sağlam ekologiya və təmiz mühit yaratmaqdır. Onsuz da Yeni Günəşli öz saf havası ilə seçilir. Bildirmək istəyirəm ki, 1, 2, 4, 5, 6, 7, 8, 10 və 14 saylı binaların həyətində abadlıq və təmir işləri yekunlaşmaq üzrədir. Yeri gəlmişkən qeyd edim ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, 10,11,12, 13 və 14 saylı binaların həyətində müasir tələblərə cavab verən park, istirahət guşəsi salınacaq. Diqqətinizə çatdırım ki, bütün bu abadlıq işləri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun daimi nəzarəti altındadır. Məqsədimiz paytaxtın bir hissəsi olan qəsəbəmizi abadlaşdırmaq və onu təmiz saxlamaqdır“.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017