Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir
Tarix: 21.09.2017 | Saat: 11:30:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 21-də Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər edib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən hafta.az-a bildiriblər ki, “Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldıqları tədbir bütövlükdə seçkilərlə əlaqədar bır sıra müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun rusiyalı həmkarı ilə yanaşı, müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017