Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda Koreya kənd təsərrüfatı məhsulları nümayiş olunacaq
Tarix: 21.09.2017 | Saat: 11:41:00
Bölmə:İqtisadiyyat | çapa göndər

27 sentyabr Ümumdünya Turizm günü münasibətilə Bakıda Koreya kənd təsərrüfatı məhsulları nümayiş olunacaq.

Tədbirin təşkilatçıları - Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (Koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyidir.

Koreyanın Azərbaycandakı səfirliyindən hafta.az-a bildirilib ki, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər keçiriləcək.

Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017