Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İraqla Kürdüstan ayrı-ayrı dövlətlərdir..." - Muna Kahveci
Tarix: 21.09.2017 | Saat: 14:14:00
Bölmə:Müsahibə | çapa göndər

Bir neçə gündən sonra - sentyabrın 25-də İraqın şimalında yeni dövlət qurmaq istəyən Kürdüstan muxtariyyətində müstəqillik haqda referendum keçiirləcək. Amma dünya böyükdür, ölkələrin və beynəlxalq təşkilatların hamısı bir ağızdan referendumun əleyhinə çıxır və bu prosesin qeyd-şərtsiz dayandırılmasını tələb edir. Hətta Türkiyə İraqla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir. Muxtariyyətin yerli rəhbərli müstəqilliyə tərəfdardır, bəs burada fəaliyyət göstərən digər siyasi-ictimai təşkilatlar, ikilnci xalq olan türkmənlər, ziyalılar nə düşünür? Bu sualla Kürdüstan parlamentinin üzvü, Türkmən İslahatlar Partiyasının sədri Muna Kahveciyə müraciət etdim. Referendumun keçirilməsini ciddi dəstəkləyən bu xanım millət vəkilinin mövqeyini oxucularımızla bölüşmək yaxşı olardı. Buyurun, oxuyun:

- Bu referendum demokratik aksiyadır. Biz bu yolla insanların müstəqilliklə bağlı münasibətini öyrənmək istəyirik. Əgər bölgənin hər baxımdan şərtləri uyğun gəlirsə, qonşu ölkələr, xüsusilə də Türkiyə, BMT və onun Təhlükəsizlik Şurasının daimi üzvlərinin çoxu gələcəkdə dəstək verərlərsə, o zaman müstəqil dövlət qurmaq barədə bəyannamə yaymağı düşünürük. Əlbəttə ki, referendum keçiriləndən bir gün sonra dövlətin müstəqilliyi elan edilə bilməz. Bir müddət, dediyim kimi, ölkələrin münasibətini gözləmək vacibdir.

- Müəyyən ölkələrin, BMT-nin münasibətini gözləyəcəyinizi dediniz. Amma ilk başdan referendum qərarının İraq mərkəzi hökuməti, eləcə də dünya ölkələri tərəfindən narazılıqla qarşılandığını izləyirəm. Hətta Türkiyə Ərbili qəti şəkildə referendum qərarını ləğv etməyə çağırır. Belə çıxır ki, dünyanın narazılığı sadəcə, oyundur? Qeyd etdiyiniz kimi, dünyadan dəstək almadan müstəqilliyin elan edilməsi mümkünsüzdür axı…

- Bilirsiniz, biz sıfırdan başlamırıq, Kürdüstan ərazisində bu gün de-fakto dövlət mövcuddur. İran da, Türkiyə də mövcud olan bu dövlətlə müqavilələr bağlayıb, layihələr icra edir. Özü də bunu mərkəzi hökumətin - Bağdadın üzərindən deyil, birbaşa edirlər. Bu gün Kürdüstan ərazisində Bağdada bağlı bir dənə də olsun dövlət qurumu yoxdur. Bu da deməyə imkan verir ki, İraqla bizim Kürdüstan ayrı-ayrı dövlətlərdir və sadəcə, bu dövlətin rəsmən elan edilməsi qalıb.

- Avropada müstəqil ölkələr bir bayraq altında birləşir, sizə indiki çətin şəraitdə və həssas bölgədə bu addımı atmağa nə vadar edir?

- Bayaq da dedim: bu gün Kürdüstanda İraq mərkəzi hökumətini təmsil edən bircə dənə rəsmi qurum yoxdur. Bundan əlavə, İraqın mərkəzi hökumətində son illər radikal məzhəbçi meyllər çox qüvvətlənib. Hətta deyərdim ki, kürdləri referendum keçirməyə məhz Bağdadın məzhəb siyasəti məcbur edib.

- İraqda ikinci xalqsınız və muxtariyyətiniz mövcuddur. Hətta dünya ölkələri ilə tam müstəqil əlaqə qurursunuz. O zaman niyə Bağdada şans vermirsiniz?

- Müharibə başlayanda Bağdad hər yerdən ordusunu çəkib, apardı. Yüz minlərlə insanımız müdafiəsiz qalaraq, daha təhlükəsiz yerlərə köç etdi. Gözlədik, amma gördük ki, İraq mərkəzi hökumətinin bizə qarşı siyasəti dəyişmir, düşüncə tərzi keçmişdəkindən də pisdir. İstəmirik ki, daha yüz il bu vəziyyətdə yaşayaq. Yaşadıqlarımızı yeni nəsillərin də yaşamasına imkan verə bilmərik. Ona görə də bölgədə demokratik, mədəni və bütün etnik qrupların bərabər hüquqlara sahib olacağı müstəqil dövlət yaratmaq istəyirik. İstəyirik bizim də siyasi varlığımız olsun və dünya tərəfindən tanınsın. Bir nüansa da toxunum: hamı bizim ölkəyə "Kürd dövləti" deyir, amma heç kim burada yaşayan türkmənləri və xristianları düşünmür və bu dövlətin onların da olduğunu səsləndirmir. Bir dəfə bilmək lazımdır ki, biz də bu siyasi varlığın bir parçasıyıq.

- Bağdaddan büdcə alan Kürdüstanın bir andaca həmin vəsaitdən məhrum olması, üstəlik, Türkiyə ilə də problemlər yaşaması müstəqilliyini yenicə elan edən xalqınızı pis vəziyyətə salmazmı? Üstəlik, orada yaşayan yüz minlərlə türkmən nə deyir referenduma?

- Bura Kürdüstandır. Türkmənlərin də öz maraqları naminə içində yaşadıqları yerin siyasi mədəniyyətinə uyğun siyasət yürütməsi vacibdir. Türkmənlərə kim daha çox hörmət edir? Bağdad hökumətinin əksinə olaraq bu gün türkmənlər Kürdüstanda kürdlərdən sonra ikinci millət olaraq qəbul edilir. Hətta referendumdan sonrakı dövrdə yeni konstitusiyanın hazırlanmasında da yaxından iştirak edəcəklər.

- Kərkük məsələsinin sonu necə olacaq? Referendum konkret olaraq Kürdüstan sərhədləri daxilində keçiriləcək, yoxsa Kərkükü də əhatə edəcək?

- Kərkükdən söz düşmüşkən, hətta referendum olmasaydı da İraqda İŞİD-dən sonrakı dövrdə mütləq etnik problem ortaya çıxacaqdı. Biz də referendumu mümkün toqquşmalar yaşanmasın deyə keçirmək istəyirik orada. Kərkük kimi status müzakirə mövzusu olan yerlərdə də kiminlə yaşamaq istədiklərini məhz referendumla xalqdan soruşmaq lazımdır. Ümumiyyətlə, referendum demokratik seçkidir. Xalq özü qərar versin, görək kürdün, türkmənin, süryaninin istəyi, arzusu nədir…


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev