Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Leyli və Məcnun” ilk dəfə Rusiya səhnəsində - 16 OKTYABRDA
Tarix: 21.09.2017 | Saat: 14:40:00
Bölmə:Mədəniyyət | çapa göndər

2017-ci ilin oktyabrın 16-da Moskvada “Crocus City Hall”-ın konsert zalında Məhəmməd füzulinin eyniadlı əsəri əsasında Üzeyir Hacıbəylinin 1908-ci ildə yaratdığı “Leyli Məcnun” operasının nümayişi olacaq.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Konservatoriyasının rəhbəri Siyavuş Kərimi jurnalistlərə açıqlamasında deyib. Siyavuş Kərimi bildirib ki, şərqin ilk klassik operası birinci dəfə Moskvada, 6 minlik tamaşaçı tutumuna malik olan zalda nümayiş etdiriləcək:

“Tamaşada əsas partiyaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri ifa edəcəklər. Xalq artisti Mənsum İbrahimov – Məcnun,  beynəlxalq müsabiqələrin laureatı Arzu Əliyeva isə Leyli obrazını canlandıracaq. Tamaşaçıların digər solistləri və baleti də izləmək imkanı olacaq. Sinfonik orkestrinin dirişoru Xalq artisti Yalçın Adıgözəlovdur. Quruluşçu rejissor isə Əməkdəar incəsənət xadimi Hafiz Quliyevdir. Təşkilatçılar isə Mədəniyyət Nazirliyi, Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyası, eləcə də Azərbaycan Milli Konservatoriyasıdır”.

Məcnun rolunun ifaçısı Xalq artisti Mənsum İbrahimov hafta.az-a açıqlamasında bildirib ki, tamaşa Moskvanın sinfonik orkestrinin müşaiyyəti ilə baş tutacaq:

“Leyli və Məcnun” operasının İstanbulda, Ankarada primyeraları olub. Amma ilk dəfə olaraq Rusiyada Üzeyir bəyin bu əsəri səhnəyə qoyulacaq. Özü də böyük formatda. Moskvanın sinfonik orkestrinin müşaiyyəti ilə baş tutacaq. Bu tarixi bir hadisədir. Hələ belə bir şey olmayıb. Dahi Üzeyir Hacıbəylinin də ruhu şad olacaq ki, 6 min nəfərlik zalda şərqin ilk operasının primyerası olacaq. Moskvada buna çox böyük maraq var. Artıq biletlərin 50 faizi satılıb. Bu ilin yazından hazırlıqlara başlamışıq. Moskvaya gedəcək tərkib də artıq müəyyənləşib. Orkestrlə məşqlər hələ başlamayıb. Bu opera ilə mövüsümün ilk açılışını iki gün öncə Arzu xanım Əliyeva ilə Bakıda etdik. Anşlaqla keçdi. Sankt-Peterburqdan da dəvətlər gəlib. Titrlərlə səhnədə rus dilində məğzi yazılacaq. Çünki səhnənin imkanları çox yaxşıdır. Moskvanın ən böyük və müasir salonudur”.

Leyli rolunun ifaçısı Arzu Əliyevanın da fikirlərini öyrəndik. Muğam ifaçısı deyir ki, ilk dəfə Moskvada baş tutacaq “Leyli Məcnun” tamaşasında əsas rolun ifaçısı olmağın qürurunu yaşayır:

“Leyli obrazına köklənəndə, ab-havasına düşdükdə həyəcan yoxa çıxır. Həyəcan tamaşaçıya çatdırdığın obrazı, onun kolaritliyini əlli faizə qədər yarıya endirir. Orkestrlə məşqlərimiz hələ başlamayıb. Yaxın günlərdə başlayacaq. Burada və orada heyətlə birgə məşqlər olacaq. İlk dəfə Rusiyada Leyli kimi səhnəyə çıxacağam. Çox həyəcanlıyam, məsuliyyət hissi var.Ümid edirəm ki, öhdəsindən layiqincə gələcəyik. Azərbaycanı, muğamımızı layiq olduğu şəkildə təbliğ edəcəyik”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017