Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İran nüvə sövdələşməsi: ABŞ narahatlıqlarını bildirir
Tarix: 21.09.2017 | Saat: 15:05:00
Bölmə:Dünya | çapa göndər

Amerikanın dövlət katibi Rex Tillerson iranlı partnyorları ilə danışıqlardan sonra deyib ki, Tehranın nüvə sazişi ilə bağlı "əhəmiyyətli məsələlər" hələ də gündəmdə qalmaqdadır.

Cənab Tillerson İranın sövdələşmə üzrə əməkdaşlıq etdiyini bildirib.

Çərşənbə günü nüvə sazişinin əldə olunmasında iştirak edən 7 tərəfin nümayəndələri BMT-də danışıqlara qatılıblar.

Görüşdə sazişin yerinə yetirilməsi müzakirə olunub.

Bu danışıqlardan öncə BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti İranla sazişi "rüsvayçılıq" kimi səciyyələndirib.

Donald Trump sazişə dair müəyyən qərara gəldiyini bildirsə də, onu açıqlamayacağını deyib.

15 oktyabra kimi ABŞ prezidenti İranın nüvə sazişinə əməl edib-etməməsi barədə qərar verməlidir.

Bunun baş vermədiyi təqdirdə, Konqres nüvə sövdələşməsinin əldə olunmasından əvvəl qüvvədə olan sanksiyaları bərpa edə bilər.

Ağ Evdəki mənbəyə istinad edən The New York Times qəzetinə əsasən cənab Trump böyük bir ehtimalla sövdələşməni ləğv etməkdənsə, onu yenidən nəzərdən keçirəcək.

Məlumata əsasən sövdələşmə, 2025-ci ildən sonra uranın zəngilləşdirilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Bu, ABŞ prezidenti tərəfindən qeyri-məqbul sayılır, Rex Tillerson bildirib.

İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan tarixi saziş 2015-ci ildə əldə olunub.

İranla danışıqlarda ABŞ, Fransa, Çin, Böyük Britaniya, Rusiya və Almaniyadan ibarət P5+1 qrupu iştirak edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017