Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident BMT tribunasından Sarkisyanın yalanlarını ALT-ÜST ETDİ
Tarix: 21.09.2017 | Saat: 17:43:00
Bölmə:Siyasət | çapa göndər

Sentyabrın 20-də ölkə prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) ali tribunasında çıxış edərək ondan əvvəl Azərbaycan əleyhinə ağ yalan və uydurmalar danışan Erməninsanın rəhbəri Serj Sarkisyanı layiqincə susdurdu. Özü də sıradan sözlərlə deyil, tutarlı faktlarla. Ermənistan prezidenti ölkə başçısından əvvəl çıxış edərək, Azərbaycan əleyhinə “ürkək” bəyanatlar səsləndirmişdi. İlham Əliyev isə ona dəstək verən havadarlarına arxalanan Sarkisyanın yeddi-səkkiz dəqiqəlik cəfəngiyatını puç etdi.

Ölkə başçısı bildirdi ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayətə səbəb olub:

“Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Prezidentin BMT-nin ali tribunasından səsləndirdiyi fikirləri şərh edən millət vəkili Vahid Əhmədov hafta.az-a açıqlamasında deyib ki, ölkə başçısının çıxışını yüksək qiymətləndirir:

“Cənab prezident yüksək tibunadan Ermənistan prezidentinin qatil olduğunu dedi. Bunlar çoxdan öz əyani əksini tapmış məsələlərdir. Xocalı, Qaradağlı və digər faicələrdə birbaşa onun əli var. Serj Sarkisyan qadın, qoca və uşaq qatili kimi cavab verməlidir. Hazırda Serj Sarkisyan bəzi dövlətlərin himayəsi altında prezident kimi fəaliyyət göstərir, yaşayır. Amma vaxt gələcək o, məhkəmə qarşısına çıxacaq. Bilirsiniz, Respublika Hərbi Prokurorluğu onun haqqında cinayət işi qaldırıb. Hətta Sarkisyan Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa da verilib. Müəyyən səbəblərdən onun həbsi mümkün olmayıb. Vaxt gələcək, Sarkisyan bütün etdiklərinə görə, cavab verəcək. Ölkə başçısı İlham Əliyevin BMT-nin ali tribunasından səsləndirdiyi fikirlər Ermənistana və onun prezidentinə çox tutarlı cavab idi. BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsi var. Amma bugünə kimi həmin qətnamələrin icrası mümkün olmayıb. Prezidentin çıxışını yüksək qiymətləndirirəm”.

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, dövlət başçısı Ermənistan rəhbərinə tutarlı cavablar verməklə yanaşı, həm də hücumedici bir çıxışla yadda qaldı. BMT tribunasından səslənən bu nitq 193 ölkənin nümayəndəsinə yenidən Ermənistanın işğalçı dövlət olduğunu xatırlatdı:

“Bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsini detallarla sübut etdi. Prezident bəyan etdi ki, həmin o binada Sarkisyanın rəhbərlik etdiyi dövlətin işğalçılıq faktını pisləyən və zəbt edilən ərazilərin qeyd-şərtsiz qaytarılması ilə bağlı dörd qətnamə qəbul olunub. Bu BMT Təhlükəsizlik Şurasının indiyə qədər icra edilməyən məlum qətnamələridir. Ölkə başçısı onu da qeyd etdi ki, Ermənistanın sivil insanlara qarşı vəhşiliklərinə adekvat addımlar atır. Prezidentin nitqində bir cümlə daha çox diqqət çəkdi. Ölkə başçısı dedi ki, dünya birliyi tərəfindən İrəvana sanksiyalar tətbiq etməyin vaxtı çoxdan çatıb. Bu sanksiyaların mexanizmi olmalıdır və bu mexanizmin bütün rıçaqları işləməlidir. Hesab edirəm ki, işğalçı dövlətə qarşı mütləq belə sanksiyalar tətbiq olunmalıdır. Ermənistanın işğalçılıq siyasətinə göz yummaq, biganəlik nümayiş etdirmək ədalətsizlikdir. Heç kəsə, eləcə də BMT kimi nüfuzlu bir təşkilata baş ucalığı gətirmir. Ölkə rəhbəri də çıxışında bildirdi ki, bir sıra dövlətlər mütləq buna reaksiya verməlidir. Prezidentin çıxışının böyük hissəsi bu mövzuya həsr olunub. Bu da təbiidir. Çünki Azərbaycanın xarici siyasətinin əsas pioritet məsələsi Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına tezliklə qayıtmasını təmin etməkdən ibarətdir. Ən ağrılı problemimizdir”.

Politoloq deyib ki, bu cür tribunadan həmin fikirlərin səsləndirilməsi Azərbaycan həqiqətlərinin dünya birliyinin diqqətinə yenidən faktlarla çatdırılmasıdır:

“Konkret dəlillərlə zəngin olan bir çıxış idi. Ölkə başçısı bunları sadalamaqla  beynəlxalq ictimaiyyətdən ədalətli yanaşma və addımlar gözlədiyini bəyan etdi. Bütün bunlar sübut edir ki, Azərbaycan sivil dövlət kimi tolerantlıq nümayiş etdirərək, çoxmillətli dövlət kimi Ermənistanın işğalçılıq, təcavüzkarlığı fonunda beynəlxalq miqyaslı tədbirlər keçirir. Son illərdə paytaxtımızda bir sıra qlobal forumlar təşkil olunur. Bizdə çoxsaylı etnoslar yaşayır. Onlar Azərbaycan xalqının tərkib hissəsidir. Hətta ermənilər də burada yaşamaqdadır. Amma Ermənistan bunu başa düşmək istəmir. Bu da beynəlxalq ictimaiyyətin İrəvanın işğalçılıq siyasətinə göz yummasının nəticəsidir. Prezidentin də qeyd etdiyi kimi Sarkisyanın idarə etdiyi dövlətə sanksiyalar tətbiq edilməsinin vaxtı çoxdan çatıb”.

Politoloq Elxan Şahinoğlu da ölkə başçısının BMT tribunasındakı çıxışını şərh edib. Elxan Şahinoğlu bildirib ki, İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sərkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sərkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı:

“Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırki prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sərkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sərkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, “Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm”. İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq. İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq. Bizim güc yolundan istifadə etmək hüquqmuz var və bu hüquq elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə beynəlxalq aləm və işğalçı dövlət növbəti APRELƏ hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”.

Millət vəkili Sahib Alıyev isə bildirib ki, ilk dəfə olaraq  BMT kürsüsündən forpost dövlət başçısı Sərkisyanın kimliyi açıqlandı:

“Bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı tarixi çıxışında Azərbaycan prezidenti cənab İlham Əliyev etdi. Cənab prezidentin tənqid hədəfi təkcə hərbi kriminal adlandırdığı Sərkisyan deyil, həm də haylara açıq və gizli dəstək verənlər idi. Ölkə başçısı dedi ki, Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Doğrdan da Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir.  Substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir. Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır".


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017