Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
7 il övladı olmayan qadın üçəm doğdu - GÜNÜN TƏZADLARI
Tarix: 21.09.2017 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda 7 ildir, ana ola bilməyən qadın üçəm dünyaya gətirdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, 27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də, nəhayət, 7 il sonra o, bu ali sevinci yaşayıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib. Əzizə Haqverdiyeva hisslərini belə bölüşüb: “Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür Allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”.


Prokuror prezidentə qarşı iddia qaldırdı


Kaliforniya ştatının prokuroru ABŞ prezidentinin qərarı ilə Meksika ilə sərhəddə divarın çəkilməsi əleyhinə çıxış etdi. Hafta.az bu haqda “Vesti” telekanalına istinadla xəbər verir. Məlumata görə, prokuror Xavyer Beserra Donald Trampı ABŞ Konstitusiyasını pozmaqda, ətraf mühitin müdafiəsinə dair qanunların pozulmasında və qərarın federal qanunlara zidd olmasına görə ittiham edir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ətraf mühitin müdafiəsinə dair bir sıra qanunlara əməl etmədiyindən, divarın çəkilməsi qeyri-qanuni hesab edilir. Eyni zamanda, prokuror ABŞ Konstitusiyasının 10-cu düzəlişinin pozulduğunu iddia edir. Düzəlişə əsasən, mərkəzi hökumətə aid olmayan səlahiyyətlərin icrası ayrı-ayrı ştatların ixtiyarındadır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın çəkilməsinə söz verib. Ötən həftə Tramp tikintinin artıq başlandığını bəyan edib.


Ad günü keçirmək qadağan edildi


Tanınmış ruhani dövlət telekanalıyla canlı yayımda çıxış edərək doğum gününün keçirilməsini qadağan edən fətva verdi. Hafta.az Moderator.az-a istinadla yazır ki, söhbət Səudiyyə Ərəbistanından gedir. Krallığın məşhur din xadimi Abdulla əl-Mutləkin ad gününü qadağan edən fətvası ölkədə geniş müzakirə və mübahisələrə səbəb olub. Ruhani hesab edir ki, doğum günü kimi şənliklər ailə büdcəsinə baha başa gəlir. Amma artıq imkanları olan müsəlmanlar belə, həmin vəsaitləri daha layiqli işlərə xərcləməlidirlər. Bir çox ölkə sakinləri ruhaninin fətvasının sağlam düşüncəyə söykəndiyini qeyd edərək ona dəstək veriblər. Bəziləri isə hesab edir ki, ailə büdcəsi din xadimlərinin məşğul olacağı məsələ deyil.


Məktəb direktoru məhkəmə zalındaca həbs olundu


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən məktəb direktoru Ağamusa Salahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşdı. Hafta.az-ın APA-ya istinadla yaydığı məlumatıa görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, A. Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Salahov məhkəmə zalındaca həbs edilib. Qeyd edək ki, A. Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, attestat düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunur.


Tovuzda 85 yaşlı sürücü qəza törətdi və...


Sentyabrın 20-də axşam saatlarında Tovuz rayonunda yol qəzasında xəsarət alan 85 yaşlı kişi Bakıya köçürüldü. “Trend”in məlumatına görə, hadisə zamanı xəsarət alan, rayonun Qovlar qəsəbə sakini, 1932-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlunun vəziyyəti ağır olduğundan o, təcili yardım avtomobili ilə Bakıya Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilib. Qeyd edək ki, sentyabrın 20-də Tovuz rayonunun Quşçu-Qovlar yolunda, Qovlar qəsəbə sakini, 1932-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlu və Abdulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Tural Valeh oğlunun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü və M.Səfərovun sərnişini, 1970-ci il təvəllüdlü Tağıyeva Elmira İsfəndiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Ağacın içindən skelet çıxdı


Türkiyənin Sivas şəhərində 500 illik ağacın içərisindən qəribə heyvan skeleti çıxdı. Moderator.az türk mediasına istinadla xəbər verir ki, kənd sakini 37 yaşlı Kaya Kılınc, təxminən 7 metr uzunluğunda, bir ton ağırlığında 500 illik ardıc ağacını doğrayan zaman içərisində oyulmuş yuva ilə qarşılaşıb.Yuvaya baxan Kılınc hansı canlıya aid olduğu anlaşılmayan bir heyvan skeleti tapıb. Kənddə ən böyük bir ardıc ağacı kəsdiyini deyən Kılınc: “Ağacı kəsdim. Bu heyvan ağacın içərisində dayanmışdı. Onu indiki canlılara bənzətmirəm. Nə olduğunu tam olaraq bilmirik”, - deyə qeyd edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017