Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Neft gəlirləri əhaliyə paylanacaq - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 21.09.2017 | Saat: 20:00:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

Sentyabrın 21-də sosial şəbəkə istifadəçiləri bir çox maraqlı məlumatlar və statuslar paylaşdılar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.

 

Neft gəlirləri əhaliyə paylanacaq

Rusiya Duması neft gəlirlərinin əhali arasında paylaşdırılması barədə qanun layihəsinə baxır. Hafta.az Report-a istinadən xəbər verir ki,müvafiq sənəd Dövlət Dumasının məlumat bazasında dərc edilib. Layihənin, ilk növbədə, rəsmi olaraq çalışan və pensiyaçılara aid ediləcəyi bildirilir. Deputatların təklifinə görə, ilk maliyyə ilində səlahiyyətli orqanlar federal büdcəyə faydalı qazıntı hasilatından daxil olan ödənişlərdən əldə edilən gəlirin 20%-ni paylamalı olacaqlar. Hər növbəti il vəsaitlərin 2% artırılması təklif edilir. Hesablamalara görə, əgər qanun layihəsi vaxtında qəbul olunarsa, 2018-ci ildə hər bir Rusiya vətəndaşı 10 min rubl (172 dollar) əldə edə biləcək. Rusiya hökuməti hələ ki, təklifə qarşı olduğunu bildirib.
Afiq Məmmədov: "Yəqin ildə bir dəfə bayram hədiyyəsi olacaq".


Körpə xaç suyuna salınarkən kilsə çökdü


Meksikanın Puebla ştatında yeraltı təkanlar nəticəsində kilsələrdən biri çöküb. Hadisə zamanı 11 nəfər, o cümlədən 4 uşaq həlak olub. Qeyd olunur ki, həmin an kilsədə yeni doğulan körpənin xaç suyuna salınma mərasimi keçirilirmiş. İnsident nəticəsində daha 3 nəfərin isə xəsarət aldığı bildirilir. Son məlumata görə, dağıntılar altında 2 nəfər qalmaqdadır. Hazırda hadisə yerinniə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.
Samirə Həsənova: "İndi bəziləri deyəcək xristian dünyasının işlədiyi günahlar üzündəndir. Ancaq körpə uşaqların heç bir günahı yoxdur".


Müğənninin intihar xəbəri yayıldı


Sosial şəbəkələrdə və bəzi media orqanlarında türkiyəli müğənni Yıldız Tilbenin intihar etmə xəbəri yayılıb. Hafta.az axşam.az-a istinadən bildirir ki, sənətçinin meneceri məsələ ilə bağlı açıqlama yayıb. Haluk Şentürk iddiaların yalan olduğunu deyib. Bununla kifayətlənməyən Tilbe sosial şəbəkədə məsələyə münasibət bildirib. "Haqqımda yalan xəbər yazan qəzetləri və jurnalistləri qınayıram. Peşələrini şərəfləri ilə icra etmələrini məsləhət görürəm. Bu xəbəri yayanlarla vəkilim məşğul olacaq. Allah şərdən qorusun", - Yıldız Tvitter hesabında yazıb.
Minayə Sərvətova: "Ən çox sevdiyim müğənnidir. Taleyi acı da olsa, mərd qadındır".

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017