Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Toy ailə qurana dəstək xarakterli olmalıdır” – Fazil Mustafa
Tarix: 22.09.2017 | Saat: 12:11:00
Bölmə:Sosial | çapa göndər

“El adəti yaxud din anlayışı üzrə Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsi Məhərrəm ayında toy etməyi günah sayır, ancaq istər inancdan olsun, istər mövhumatdan olsun, bu anlayışın xalqımıza çox xeyri olduğunu düşünürəm. Hardasa iki ay səs terrorundan, manıs hoqqabazlığından qurtulacaqsınız”. 

Hafta.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili Məhərrəm ayının ilk günü ilə bağlı sosial şəbəkədəki profilində yazdığı şəhdə bu ayda cəmiyyətin bir sıra adətlərini təqdir etdiyini, eyni zamanda müəyyən xurafat “ənənələrini” də qəbul etmədiyini bildirib:

“Bir müddət bəylə-gəlinə maddi dəstək vermək əvəzinə toy dəllallarının cibini doldurmaqdan xilas olacasınız. Günlərlə bu toydan o toya ötürülən salatlardan, kolbasalardan, mənşəyi bəlli olmayan ətlərdən hazırlanan kabablardan mədəniz korlanmayacaq.  Zirzəmidən doldurulan saxta araqlardan, sulardan içib rahatsızlaşmayacaqsınız. Ailəvi istirahət üçün getdiyiniz toyda keflənmək yarışına girmiş, qadın, uşaq bilmədən siqaret tüstülədən kişilərin mədəniyyətsizliyinin müşahidəsindən uzaq duracaqsınız. Öz zövqü üçün deyil, başqalarına görünmək üçün “dinqiş-dinqiş” oynayan insan sürüsünə baxmaqdan gözünüz yorulmayacaq və s. Mən anlayıram ki, insanlar övladları üçün, yaxınları üçün sevinməlidirlər, ancaq buna sevinmək üçün toy etmək deməzlər, özünə bilə-bilə toy tutmaq deyərlər”.

Millət vəkili deyib ki, bu adət mütləq sadələşdirilməlidir, asanlaşdırılmalıdır.  Onun sözlərinə görə, insanların soyulmasına, borca düşməsinə, əziyyət çəkməsinə rəvac verilməməlidir:

“Ailə həyatı quran gənclərə dəstək xarakteri daşımalıdır. Bizim ağıllanmağımız tarix boyu nəsihətdən keçməyib. Mütləq və mütləq müsibətdən keçib. Məhərrəmliyin də yaratdığı bu fasilədən nəsihət kimi yararlanmamızın nə zərəri ola bilər ki? Yası, toyu şöhrətpərəstlik, israfçılıq olan bir cəmiyyətin elmi də, təhsili də, düşüncə tərzi də, peşə məsuliyyəti də fərqli olmaz ki? Sevinməyimizin də, kədərlənməyimizin də ölçüsünü, səmimiliyini itirmişik. Dünyanın o başına, bu başına baxmayın, Azərbaycan ilk olaraq buradan düzəlməlidir. Məhərrəmliyin başlamasının inanc tərəflərinə toxunmuram. İslam dinində bu ayla bağlı, onun günləri ilə bağlı fərqli dəyərləndirmələr var”. 

 Fazil Mustafanın sözlərinə görə, insanların hüquq və azadlıqlarına zidd gəlməyən formada müəyyən dini yaxud da qeyri- dini ritualların yerinə yetirilməsi hər kəsin özünə aid məsələdir:

“Aşura günü də qanvermə aksiyasını dəstəkləyirəm, ictimai təşəbbüs kimi faydalı hesab edirəm. Təbii ki, digər xurafat, cəhalət elementlərini də bəyənmədiyimi ifadə edirəm. Bununla belə, bu ayın Azərbaycan cəmiyyətində bir müsbət cəhətini də etiraf etmək vacibdir. Bu ay həm də bizim vəhşi, yaramaz, mədəniyyətdən uzaq toy mərasimlərimizə fasilə verildiyi və sağlam düşüncəli insanların çoxunun səbrsizliklə gözlədiyi bir aydır”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017