Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məscidlərə gedəcək gənclərə 20 min lirə veriləcək
Tarix: 22.09.2017 | Saat: 13:18:00
Bölmə:Sosial | çapa göndər

Türkiyənin İsparta müftisi Qalib Akın gəncləri məscidlərə cəlb eləmək üçün "Gülüstan" layihəsinin icrasına başlayıb.

Hafta.az "Yeni akit"ə istinadən yazır ki, proqramda 700 oğlan, 350 qız şagird iştirak edir. Müfti bildirib ki, məqsədləri gənclərin məscidlərə daha çox getməsini təşviq eləməkdir.

Layihə üç mərhələdə həyata keçiriləcək. İlk etapda məscid işçiləri gənclərlə ayrı-ayrılıqda görüşərək onlara Allah evinin gözəlliyindən, saflığında, haram və zinaya qarşı insanlarda mövqe formalaşdırmasından danışacaq, onlara ilahi hədislərdən söz açacaq. Bundan sonra, həmin gənclərlə səhər namazında görüşlər keçiriləcək, çay saatı, gəzintilər və sair təşkil ediləcək. 

İkinci mərhələdə bir-birinə yaxın olan məscidlər arasında yaradılmış qrupların birgə toplantısı keçiriləcək. Bu toplantılarda 8-10 məscidin birləşərək yaratdığı 15 qrupun hər biri ayda bir dəfə şagirdləri ilə bərabər mmüstəqil söhbət proqramları təşkil edəcək.

Üçüncü etapda isə ayda bir dəfə olmaqla vilayət mərkəzi və ya kəndlərdə yaradılan bütün qrupların qatıldığı əsas proqramlar icra olunacaq. 

Qız şagirdlər də 11 qrup şəklində layihə çərçivəsində Quran kursu keçəcəklər. Bu qrupların hər biri müstəqil şəkildə ayda bir dəfə öz şagirdləri ilə müəyyən tədbirlər təşkil edəcəklər və ayda bir dəfə müftiliyin təşkil etdi baş gənclik toplantılarına qatılacaqlar. 

Proqramın sonunda isə ən yüksək nəticə göstərən şagirdlər 20 min lirə (10 min manat) məbləğində mükafat alacaqlar. Mükafat nəğd pul deyil, 20 min lirə dəyərində hədiyyə də ola bilər. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017