Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İşğala dəstək enerji proyektlərinin gerçəkləşməsinə maneə törədə bilər” - ŞƏRH
Tarix: 22.09.2017 | Saat: 14:58:00
Bölmə:Siyasət | çapa göndər

Ölkə prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasında (TŞ) çıxışında Ermənistanı və onun indiki rəhbərliyini təcavüzkarlıqda qınadı. Ermənistan rəhbəri Serj Sarkisyanı Xocalı faciəsi zamanı əli qana bulaşmış bir terrorçu adlandırdı. Bundan bir gün əvvəl isə rasmi Bakı müsəlman və qeyri-müsəlman ölkələrini işğalı Ermənistanla münasibətlər qurmamağa çağırmışdı. 

Ortada qəsbkarlıq faktı var və Dağlıq Qarabağ, eləcə də ətraf yeddi rayon Ermənistanın nəzarəti altındadır. 25 ildir ki, rəsmi Bakı təmsil olunduğu bütün təşkilatlarda Ermənistanı işğalçı dövlət kimi tanıtmağa çalışır. Doğrudur, İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası (AŞPA) özünün qətnamələrində İrəvanı işğal faktına son qoymağa çağırıb. Ortada “irili-xırdalı” bəyanatlar, qətnamələr var. Təssüf ki, kağız üzərində deyilənlərə torpaq üstündə əməl edilmir.

Xristian dövlətləri bir yana, elə müsəlman ölkələri var ki, bizimlə yaxın-uzaq məsafədə yerləşməsindən asılı olmayaraq, Ermənistanla ticari-iqtisadi, sosial, siyasi və hərbi əməkdaşlıq etməkdədir. Bununla yanaşı Qarabağın işğalına görə, Ermənistanı dövlət olaraq tanımayan islam dövlətləri də mövcuddur.

Politoloq, Azərbaycanın İrandakı səfirliyinin keçmiş əməkdaşı Sədrəddin Soltanla həmin ölkələri saf-çürük etməyə, işağal faktının bu qədər uzanmasına yardımçı olan nüanslara toxunmağa çalışdıq. Sədrəddin Soltan hafta.az-a açıqlamasında bildirdi ki, Ermənistanla əməkdaşlıq edən dövlətlər anlayışında müsəlman-xristian amili ikinci planda qalır. Əslində işğalçı ilə əməkdaşlıq etmək işğal faktına dəstək olmaqdır:

“Hamıya məlumdur ki, Pakistan Ermənistanı dövlət kimi tanımır. Eyni zamanda İslamabadın İrəvanla nə bir bağlantısı, nə də əlaqəsi var. Özbəkistanın da Ermənistanla heç bir diplomatik əlaqəsi yoxdur. Ərəb ölkələrindən Səudiyyə Ərəbistanı da İrəvanla ciddi əlaqələrə malik deyil. Ermənistanla müsəlman ölkələri arasında ən sıx əlaqəyə malik dövlət İrandır. Bu məqamda Türkiyəni də qeyd etməliyik ki, işğalçı dövlətin müstəqilliyini tanısa da onunla heç bir iqtisadi, siyasi-diplomatik əlaqələr qurmayıb. Daha doğrusu, bu əlaqələri dayandırıb. Tehran isə İrəvanla siyasi, iqtisadi, sosial və hərbi sahələrdə əməkdaşlıq etməkdədir. İslam ölkələri arasında Ermənilərlə sıx bağlılığı olan ölkələrdən biri də Livandır. Livanda xristinların üstünlük təşkil etməsi, erməni diasporu amili bu əlaqələri daha da sıxlaşdıran nüanslardandır. Hətta Livanla İran arasında da əlaqələr güclüdür. Ötən illər ərzində Azərbaycan ərazisini işğalında iştirak  edən ərəb dövlətləri vətəndaşları arasında daha çox Livan və suriyalıların adlarına rast gəlinir. Qarabağda döyüşlərdə Beyrutdan, Suriyadan olan terrorçuların iştirak etdiyi haqqında məlumatlar var. Hətta onların üzərindən aşkarlanan sənədlər belə, bunu sübut edir”.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi tək BMT-nin toplantısında deyil, eyni zamanda İslam əməkdaşlıq Təşkilatının tədbirlərində də özünü müsəlman dövləti adlandıran ölkələrin hökumət başçıları ilə görüşlərdə Ermənistanın təcavüzkar siyasətini pisləyir. İşğalçıya qarşı birgə addımlar atılmasını tələb edir:

“Həmin islam dövlələri rəsmilərindən böyük ölçüdə nəsə istənilmir, onlarda sadəcə təcavüzü tanımaq və təcavüzkarlarla əməkdaşlıq etməməyə çağrışlar edilir. Azərbaycan bu məsələdə qətiyyətli mövqeni təkcə müsəlman ölkələrindən yox, eyni zamanda Qərb dövlətlərindən də istəyir. Avropa ölkələri də buna dəvət olunur. ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərə də bu cür təkliflər edilir. Azərbaycan öz ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq vasitəçiliyi boyunlarına götürüblərsə, onun qarşılığında ölkəmizin ərazi bütövlüyü təmin olunmalı, işğalçılar zəbt etdikləri ərazilərdən çıxarılmalıdır. Təssüf ki, bir sıra istisnalar olamaqla həm müsəlman ölkələri, həm də Qərb dövlətləri işğalçının başını sığallayırlar. İşğalçı ilə münasibətlərini davam etdirirlər”.

Sədrəddin Soltan onu da vurğulayıb ki, bu əlaqələr isə Cənubi Qafqaz bölgəsində təhlükəsizliyi təhdid edir. Hətta regionda beynəlxalq miqyaslı layihələrin- xüsusən də enerji proyektlərinin gerçəkləşməsinə maneə törədə bilər:

“Odur ki, Dağlıq Qarabağın işğalı təkcə Azərbaycanın ziyan gətirmir. İşğal faktının davam etməsi həm də beynəlxalq duruma öz mənfi təsirini göstərir. Dünyada təhlükə ocağının mövcudluğuna yardım edir. İstər İran, Rusiya, stərsə də Fransa, Amerika – hansı dövlət Ermənistanla əlaqələri genişləndirirsə, həmin ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına qarşıdır. Od içində olan bir bölgənin odunun söndürülməməsinə yardım edir. Rusiya Ermənistana hansı yardımı edirsə, İran da, Livan da o cür yardım edir.  Yəni, bu məsələdə müsəlman İranı ilə xristian Rusiyasının heç bir fərqi yoxdur”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017