Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Erməni deputatlar Bakını gəzəcəklər
Tarix: 22.09.2017 | Saat: 14:11:00
Bölmə:Siyasət | çapa göndər

"Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram".

Hafta.az-ın məlumatına görə, bunu erməni deputatlardan biri deyib.

Deputat tətillərini Bakıda keçirdiyini bildirib:

"Burada evimiz var idi. Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir".

Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvü Mane Tandilyan isə Bakıda gəzintiyə çıxacaqlarını bildirib: "Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub” - deyə o, bildirib.

Xatırladaq ki, Mane Tandilyan və Armen Aşotyan “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdədirlər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017