Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək
Tarix: 22.09.2017 | Saat: 14:28:00
Bölmə:Sosial | çapa göndər

Almaniya parlamentinin nümayəndə heyəti Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 2-4 oktyabr 2017 tarixlərində Bakıya səfər edəcək.

Hafta.az Almaniya səfirliyinin məlumatına istinadən yazır ki, alman nümayəndə heyətinə Bundestaqın deputatı Kai Gerinq rəhbərlik edəcək. Məlumat üçün bildirək ki, İPS proqramı əsasında dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart-31 iyul 2017-ci il tarixinədək Bundestaq tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında işləyirlər. Eyni zamanda, Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər.

Bu proqram Bundestaqın prezidentinin xüsusi himayəsi və Berlindəki üç universitetlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri, habelə aylıq təqaüd Bundestaq tərəfindən ödənilir.

Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Almaniyanın Bakıdakı səfirliyinə təqdim olunur. Proqram haqqında daha geniş məlumatı bu internet səhifəsindən əldə edə bilərsiniz:  http://www.bundestag.de/ips.

Səfər çərçivəsində alman nümayəndə Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcəklər. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə də görüş nəzərdə tutulur. Bir çox ölkədə olduğu kimi Azərbaycanda da İPS məzunları şəbəkələşmək məqsədilə birlik təsis ediblər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017