Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəkidə əhalinin hüquqi maarifləndirilməsi məqsədilə seminar keçirilib
Tarix: 22.09.2017 | Saat: 17:00:00
Bölmə:Siyasət | çapa göndər


Bu gün Şəki şəhərindəki “MARXAL Resort & Spa” otelində Regional Ədliyyə İdarələrinin əməkdaşları üçün “Əhalinin hüquqi maarifləndirilməsi məqsədilə səmərəli kommunikasiya bacarıqları üzrə” seminar keçirilib. 

İvropa İttifaqının ölkəmizdəki nümayəndəliyindən Hafta.az-a verilən məlumata görə, tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” Layihəsi çərçivəsində təşkil olunub. Ədliyyə sahəsində islahatların, habelə qanun pozucularının idarə olunması sisteiminin inkişaf etdirilməsinə əsas yer ayıran bu ikiillik layihəyə 2016-cı ilin sentyabr ayında başlanıb. Layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə həyata keçirilir.

Avropa İttifaqı Siyasi Şöbəsinin rəhbəri Denis Daniilidis təbrik nitqində Regional Ədliyyə İdarələri tərəfindən ictimaiyyət üçün ünvanlanan səmərəli kommunikasiyanın əhəmiyyətini vurğulayıb: "Azərbaycanda ədliyyə sektorunun inkişafı üçün Avropa İttifaqı tərəfindən göstərilən davamlı dəstəyin bir hissəsini potensialların artırılması, probasiya sisteminin təşviq edilməsi və mübahisələrin alternativ həlli ilə yanaşı ədliyyədən istifadə məsələləri təşkil edir".

Şəki Regional Ədliyyə İdarəsinin rəisi cənab Rəhman Məmmədov hüquqi maarifləndirmənin əhəmiyyəti barədə danışıb: “Regional Ədliyyə İdarələrinin əməkdaşları üçün bu cür kommunikasiya seminarının keçirilməsi çox vacibdir. İnsanların öz hüquqlarını və qanuni mənafelərini qorumaq iqtidarında olmaları üçün önəmli şərtlərdən biri onların həmin hüquqlar və müdafiə vasitələri barədə bilikli olmalarını nəzərdə tutur. Bu nöqteyi-nəzərdən ictimaiyyətin hüquqi maarifləndirilməsi və hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Səmərəli kommunikasiya üsulları üzrə ekspert xanım Anastasiya Nurjinska əhalinin hüquqi maarifləndirilməsi sahəsində istifadə olunan ən yaxşı vasitələr barədə informasiya təqdim etmək məqsədilə dəvət olunub. Seminar başa çatdıqdan sonra xanım ekspert Regional Ədliyyə İdarələri tərəfindən istifadə üçün səmərəli kommunikasiya üzrə praktiki təlimat işləyib hazırlayacaq.

Ölkə üzrə bütün Regional Ədliyyə İdarələrini təmsil edən 30 əməkdaş, həmçinin Ədliyyə Nazirliyinin nümayəndələri seminarın işində iştirak ediblər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017