Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “sağlamlıq məsləhətçisi” - HƏFTƏ REYTİNQ
Tarix: 22.09.2017 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“Azərbaycanda satılan enerji içkilərinin tərkibi yoxlanılmalıdır. Əgər həmin içkilər insan sağlamlığına təhlükə törədirsə, onun satışı qadağan olunmalıdır. Elə təbliğat aparırlar ki, guya həmin içkilər adama enerji verir və sairə... O içkilərin tərkibini öyrənmək lazımdır. Bəlkə xaricdən elə şeylər göndərirlər ki, insanlara ziyan versin... Həmin içkiləri istehsal edən şirkətlərin rəhbərlərinə təsir etmək lazımdır. İndiyədək mən bir dəfə də olsun “Red Bull” və ya digər ernerji içkilərindən istifadə etməmişəm. Ümumiyyətlə, bu içkiləri nə övladlarıma, nə də nəvələrimə məsləhət görürəm. Övladlarımdan da heç biri bu içkilərdən istifadə etmir... Reklamda yalandan deyirlər ki, guya “Red Bull” içəndən sonra insan qanadlanır. Bunun özü belə, reklam haqqında qanunun tələblərinin pozulmasıdır. Eksperiment üçün kimsə göstərsin ki, “Red Bull” içəndən sonra uçub?.. Həmin içkiləri istehsal edən şirkətlərin rəhbərlərinə irad bildirilməlidir ki, olmaz belə etmək və sairə…Bunun qarşısını almaq üçün enerji içkilərinin tərkibindən bəhs edən və həkim rəyləri olan videoreportajlar hazırlanmalıdır və insanlar məlumatlandırılmalıdır...” Bu fikirləri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Millli Məclisin İntizam komissiyasının sədri, professor Ağacan Abıyev söylədi.


Həftənin “azərbaycanlı şaumyanpərəstləri”


Azərbaycan paytaxtında 26 Bakı komissarlarının məzarlarını ziyarət edənlər tapıldı. Bu haqda xəbər və fotoları sozcu.az saytı yayıb. Sayt bildirib ki, komissarların məzarlarını ziyarət edənlər kommunist olduqlarını bildiriblər və bu barədə yaydıqları məlumatda Azərbaycan Xalq Cümhuriyyətini quranları “Daşnak-Musavat tör-töküntüsü” adlandırıblar. Onlar hətta Şaumyanın da təmsil olunduğu və 1918-ci ilin martından sentyabırın 15-dək Bakı, Şamaxı, Quba, Lənkərən, Qarabağ, Zəngəzur və s. bölgələrimizdə ermənilərin törətdiyi soyqırımlarda əlləri olan komissarları Azərbaycanın qəhrəmanları kimi təqdim ediblər.


Həftənin “mason müğənnisi”


Azərbaycanın “Eurovision” təmsilçisi Səmra Rəhimlinin iyun ayında təqdim etdiyi “Badmonton” mahnısına çəkdirdiyi klip illüminatı mesajlarıyla da diqqət çəkdi. 9-cu saniyədə üzərində göz şəkli olan kepka taxan müğənni 21-ci saniyədə əli ilə üçbucaq tutaraq tək göz göstərib. Daha sonra bu işarəyə həm geyimində, həm də jestlərində rast gəlinir. S.Rəhimlinin sentyabrın 5-də təqdim etdiyi klipdə də illüminat mesajlar da az deyil. 1:07 dəqiqədə müğənninin boynunda üçbucaq içərisində göz olan boyunbağı var. Müğənni özü açıqlamasında belə deyib: “Tək göz talismanımdır və onu sevirəm. Məni masson və illuminatilikdə ittiham edən adamlara deyəcək sözüm yoxdur. Belə çıxır ki, hamımız illuminatiyik? Çünki bir çoxları üzərində gözmuncuğu gəzdirir”. Musavat.com yazır ki, müğənni ittihamları qəbul etməsə də, ya həqiqətən masonlarla əlaqəsi var, ya da bu nişanədən istifadə edib özünün dünya ulduzları Beyons, Jay-Z, Ancelina Coli, Ledi Qaqaya bənzədir.


Həftənin “alaqvuranı”


“Siz alaq otusunuz. Kəsmək lazımdı kökündən!..”. Bu diqqətçəkən ifadələri müğənni Əli Mirəliyev ARB TV-nin “Günə davam” verilişinin növbəti qonağı kimi söylədi: “Məni bəyənən də var, bəyənməyən də. Əlbəttə bəyənməz. Oxuya bilmir, gəlib bahalı maşın sürür. Mən Mərdəkana taksi ilə gedib- gəlirəm. Neynədiz ki, bu maşınları, villaları aldız? Hansı pul ilə? 50 ildir mən toya gedirəm, mənim “zaparoji”m yoxdur. Mən ağlamıram, mən olanı deyirəm. Nə istəyirsiz məndən? Nə etməliyəm? Haq sözümü deməyim? Deyim ki, hamısı yaxşı oxuyur? Nə edim ki, sizin xoşunuza gəlim? Hər adam ulduz olur? Ulduzlar bilir ki, kimlərdi. Rəşid, Müslüm, Bülbül, Flora. Bunlardır ulduzlar. Siz alaq otusuz. Kəsmək lazımdır kökündən...”.


Həftənin “avtoşu”


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin iştirakı ilə baş verən qəza piyada Uğur Vəliyevin ölümü ilə nəticələndi. “Yol-nəqliyyat hadisəsi Zığ şossesində baş verib. Mənim avtomobilimin şüşəsi piyadaya dəyib. Daha sonra piyadanın üstündən yük maşını keçib. Yəni, piyadanın ölümünə mən səbəb olmamışam. Mənim qəzada iştirakım çox nisbi olub. O, mənim maşınımın yan güzgüzünə yüngül dəyib. Mən Xətai Rayon Polis İdarəsində aparılan istintaqda şahid qismində ifadə vermişəm. Texniki ekspertiza aparılır. Müşahidə kameralarında olan görüntülərə baxılıb və tam şəkildə sübut edilib ki, qəzada mən heç bir qanun pozuntusuna yol verməmişəm”- keçmiş nazir mediaya açıqlamasında belə deyib. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əsgərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.


Həftənin “abırlısı”


ARB TV-nin “Günə davam” proqramının qonağı olan müğənni Nadir Qafarzadə “İnstagram”da izləyicilərin qınağına səbəb olan çimərlikdəki şəklindən də danışaraq özünün sənətçilər arasında ən abırlısı olduğunu ifadə etdi: “Əslində mən palto ilə çimməli idim. Şərf ilə getməli idim. Mentalitetə uyğun olaraq. “İnstagram”ı açıb görürəm ki, ən abırlısı mənəm. Hamı soyunur. Kişili arvadlı soyunurlar. Əvvəl insanlar artistlərə baxıb nəsə götürürdülər. İndi biz insanlardan nəsə götürürük. İnsanların hamısında artistləşmə gedir. Heç kim kitab oxumaq istəmir. İnsanların başına nə gəlirsə, savadsızlıqdan gəlir... Hər hansı bir insanın sözü müzakirə olunursa demək ki, o, lazımlı insandı. Mən artıq öyrəşmişəm. Ağıllı ilə ağıllı kimi, gic ilə, gic kimi danışıram. Uşaqla uşaq, böyüklə böyük dilində danışıram...”.


Həftənin “itşünası”


Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo BMT Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında Amerika prezidenti Donald Trampın çıxışını "itin hürməsi" adlandırdı. Şimali Koreya XİN rəhbəri deyib: “Əgər o düşünürsə ki, itin hürməsi bizi qorxudacaq, həqiqətən bu, it fantaziyasıdır”. Agentlik nazirin bu ifadə ilə “İt hürər, karvan keçər” məsələni nəzərdə tutduğunu qeyd edib. Qeyd olunur ki, Koreya dilində “it fantaziyası” ifadəsi absurd, mənasız, əbəs kimi başa düşülür.


Həftənin “rəngli corablı baş naziri”


Dünya mətbuatının diqqətini çəkən liderlərdən biri olan Kanadanın baş naziri Jastin Trüdo növbəti dəfə rəngli corablarıyla gündəmə gəldi. Kanadanın baş naziri atdığı müxtəlif addımlarla tez-tez media ulduzuna çevrilir. Onun rəsmi görüşlərə belə, rəngarəng corablar geyinməsi isə mətbuatın xüsusi diqqətindədir. KİV-də Baş nazirin müxtəlif zamanlarda rəngli corabları ilə çəkilən fotoları yenidən yayılıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017