Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda yeyib-içən ermənilər foto paylaşdı - GÜNÜN TƏZADLARI
Tarix: 22.09.2017 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda rəsmi səfərdə olan erməni deputatlar Armen Aşotyan və Mane Tandilyan Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşdılar. Hafta.az bu haqda “Qafqazinfo”ya istinadla xəbər verir. Ermənilər “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyətinin üzvü kimi iştirak edir. Toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. Qeyd edək ki, Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”. Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.


Aleksandr Lapşin Akif Çovdarovla söhbətlərindən danışdı


Azərbaycanda 3 il azadlıqdan məhrum olunan və sentyabrın ortalarında prezident İlham Əliyevin əfv etdiyi blogger Aleksandr Lapşin “Azadlıq “radiosuna müsahibəsində həbsxanada olarkən ləğv olunmuş MTN-in həbsdə olan sabiq idarə rəisi Akif Çovdarovla ünsiyyətdə olmasından bəhs etdi:“Həbsxana mühafizəçiləri mənimlə çox korrekt davranırdı. Adamı tək kamerada 7 ay saxlamaq isə ayrı məsələdir. Bu, qanunsuz və qəddardır. Qanunla bir adamı tək kamerada 21 gündən çox saxlamaq olmaz. Həbsxana rəhbərliyi izah edirdi ki, məni məmurlarla və generallarla bir kameraya salmaq olmaz, çünki çıxanda bundan yaza bilərəm. Quldurlarla isə məni bir kameraya salmaq, ümumiyyətlə, olmaz. Ancaq qarşı kamerada keçmiş MTN generalı Akif Çovdarov yatırdı. Gəzinti vaxtı bəzən onunla ünsiyyətdə olurduq. Aclıq elan edirdi. Özünü günahkar saymırdı”. Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Lapşinin iddialarını cəfəngiyyat adlandırıb. Deyib ki, həbsdə olduğu müddətdə Lapşini həyat yoldaşı, anası, vətəndaşı olduğu ölkələrin səfirliklərinin nümayəndələri bir neçə dəfə ziyarət edib. Bu müddət ərzində onunla görüşən heç kəs bloggerin saxlanma şəraitindən, ona qarşı zoakılığın, işgəncənin olmasından bir kəlmə belə danışmayıb.


Surət Hüseynovun keçmiş obyektində mərmi tapıldı


Yevlax rayonunda məktəbdən evə gələn şagird yolda partlamamış mərmi tapdı. Hafta.az yazır ki, “Report”un Qərb bürosunun məlumatına görə, hərbi sursat hazırda işlək olmayan yun zavodunun həyətinin yaxınlığında aşkarlanıb. Məktəbli dərhal atası Qulu Quluyevə məlumat verib. Q.Quluyev aidiyyatı qurumları məlumatlandırıb. Hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri baxış keçirib. Mütəxəssislər sakinlərin aşkarladığı yad cisimin 115 mm-lik top mərmisi olduğunu müəyyən ediblər. Hərbi sursat zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qeyd edək ki, ərazidə Ağdamdan məcburi köçkün olan 7 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, mərmi tapılan ərazidə yüksək gərginlikli elektrik xətləri keçdiyindən mərminin partlaması daha böyük təhlükəyə səbəb ola bilərdi. Xatırladaq ki, 1990-cı illərdə Yevlax yun zavodunun rəhbəri sabiq baş nazir Surət Hüseynov olub. Həmin dövrdə zavod faktiki hərbi qərargah rolunu oynayıb.


“Lider” telekanalı müflis oldu?


“Lider” kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayıldı. Hafta.az yazır ki, bu haqda “Qafqazinfo” məlumat verib. Kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur. “Xəbərlər” departamentinin müdiri Anar bildirib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: “Gördüyünüz kimi, yeni sezonda biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”.


Həkimlər siam əkizlərinin cinsiyyətini müəyyən edə bilmədi


Həkimlər bitişik doğulmuş əkizlərin cinsiyyətini müəyyən edə bilmədi. Hafta.az Ukraynanın “Seqodnya” nəşrinə istinadla yazır ki, Hindistanda heç vaxt “UZİ” olunmayan 32 yaşlı hamilə qadın ilk dəfə müayinə olunarkən ona əkiz uşaqlarının olacağı deyilib. Ana əkizlərini təbii yolla dünyaya gətirib. Lakin onları bitişik görəndə məyus olub. Körpələri görəndə hamı təəcüblənib. Bitişik olmaları bir yana, siam əkizlərinin cinsiyyətini müəyyən etmək mümkün olmayıb. Hazırda həkimlər əkizləri bir-birindən ayırmaq üçün əməliyyata hazırlaşırlar. Körpələrin sonra yaşayıb-yaşamayacağı hələ ki, sual altındadır.


Dənizdə 550 milyon dollarlıq kater batdı


Qırmızı dənizdə 550 milyon dollarlıq katerin batması haqda xəbərlər yayıldı. Hafta.az Türkiyənin “Yurt” nəşrinə istinadla yazır ki, kater Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmana məxsus olub. Katerin 23 avqustda batdığı və ona ciddi zərər dəydiyi deyilir. Qəzanın gəmi heyətinin səhlənkarlığı ucbatından baş verdiyini bildirən sığorta şirkəti isə ödənişdən imtina edib. Xəbərdə o da vurğulanır ki, Səudiyyə vəliəhdinin həmin katerə 500 milyon dollar xərcləməsi barədə bir müddət öncə “Nyu-York tayms” yazıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017