Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müalicəvi və möcüzəvi Koreya təamları - FOTOREPORTAJ
Tarix: 27.09.2017 | Saat: 15:57:00
Bölmə:Reportaj | çapa göndər

Ümumdünya Turizm günü münasibətilə İçərişəıhərdə xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş bir sıra səfirlikləri tərəfindən milli məhsullardan ibarət sərgi təşkil olunub.

 

Çox maraqlıdır ki, hər bir ölkə burada kiçiki və çox kasad stendlə təmsil olunsa da, Koreya səfirliyi sözün əsl mənasında sərgi iştirakçılarını təəccübləndirməyi bacarırdı. Çünki bu səfrilik digərləri ilə müqayisədə insanları Koreya milli mədəniyyəti və mətbəxinin zəngin nümunələri ilə nəinki tanış edir, hətta onlara həmin yeməklərdən və içkilərdən dadmağa da şərait yaradırdı. 

 

Ən zəngin guşə

Bu arada məlumat verək ki, Koreya Kənd Təsərrüfatı məhsullarının sərgisini Koreyanın ölkəmizdəki səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (Koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən təşkil edib.

Təbii ki, sərgiyə təşrif buyuran insanlar daha geniş mədəniyyət nümunələri görüb, tanış olmaq istəyirdilər. Bu səbəbdən də izdiham əsasən Koreya povelyonunun qarşısında cəmlənmişdi. Burada təqdim olunan kiçik suvenirlər,müxtəlif növ içkilər, yeməklər və sair hər kəsi özünə çəkirdi.

 

Təbii tərkibli içkilər

 

Südəbənzər makgeoli içkisi çox maraqlıdır. Məlumat verdilər ki, düyüdən hazırlanmış milli likyor olan makgeoli Koreyanın milli spirtli içkiləri arasında, bəlkə də ən qədimidir. Bu içkinin hazırlanması üçün su və buxarda bişirilmiş yapışqan düyü (buğda da ola bilər) qarışdırılır, sonra isə onun fermentasiya olunması üçün bir müddət gözləyirlər. Südlü, ağ-bulanıq rəngli makgeolinin tərkibində 6-13 faiz spirt olur. Kalorisi nisbətən azdır, zülalları isə yüksəkdir. Sağlam içki hesab edilən makgeolinin tərkibində 10 əsas aminturşu, vitamin D və C, pəhriz lifi, laktik turşuları və digərləri var. Bu içki yüksək qan təzyiqi və ürək xəstəliklərinə müsbət təsir edir, xərçəng hüceyrələrinin böyüməsini ləngidir.

Sarımtıl rəngli soju adlı içki də sərgi iştirakçılarını özünə çəkməkdəydi. Hətta ondan dadmaq üçün uzun növbə də yaranmışdı. Soju Koreyanın milli və ən məşhur likyoru hesab edilir. Kütləvi şəkildə istehsal edilən bu spirtli içki – spirtin su ilə qarışdırılmış və durulaşdırılmış soju hazırlanması, eləcə də spesifik dadı ilə digərlərindən tamam fərqlənir.

Bundan əlavə, iştirakçıların böyük zövqlə dadına baxdığı “Ligangju çoson” likyoru da ənəvi dadı və təqdimatı ilə maraqlı idi. Əsasən Koreyanın Jeolla və Hvanghae vilayətlərində məşhurdur. Bu içki qədimdə zadəganların süfrəsinin bəzəyi olub. Yerli istehsal olan soju armud və zəncəfillə qarışdırıldıqdan sonra “Ligangju çoson” likyoru adlanır.

Koreya qırmızı jenşen ekstraktı da hamını maarqlandıran nümunələrdən idi. Məlumat üçün qeyd edək ki, bu qiymətli bitki hər zaman təbabətdə istifadə olunub. Bu gün də ondan hazırlanan dərmanlar müalicə məqsədilə insanlara dözümlülüyü artırmaq, metabolizm və ürək-damar sisteminə dəstək, sinirləri sakitləşdirmək, ağciyər funksiyaalrını sağlamlaşdırmaq, dalaq və mədəyə dəstək, detoksifikasiya və sağlam yaşlanmağa dəstək üçün təklif edilir.

 

Ləziz şirniyyatlar

 

Yeyinti məhsulları sərgilənən bölmədəki qızardılaraq üyüdülmüş, taxıllardan ibarət qarışıq toz olan misutgaru bal və ya şəkərlə şiirnləşdirilmiş kokteyldir. Daha çox arpa və düyü, darı, soya paxlası, lobya, hətta qoz, fındıq ləpələrindən hazırlanan bu qida məhsulu qarışığından asılı olaraq yapışqan və qeyri-yapışqan, qara, qəhvəyi və ağ rənglərdə olur. Təqdimatçının dediyinə görə, tərkibində yüksək zülalı olan bu kokteyl əslində pəhriz üçün yaxşı vasitədir.

Burada gördüyümüz sunsik adlanan taxıl, tərəvəz və meyvə qarışığından ibarət toz da diqqətəlayiqdir. Yemək üsulu misutgaru ilə eynidir, amma tərkibi ondan daha zəngindir.

Bundan başqa, burada iştirakçılar şirniyyat növlərindən yugva, yakgva, qangjeongun da məmnuniyyətlə dadına baxırdılar. Görünüşünə görə bizdəki peçenyelərə bənzəyən yakgva ətri və tərkibinə görə damam fərqli idi. Təqdimatçının sözlərinə görə, bu şirniyyat Koreyanın milli mətbəxinə aiddir deyə başqa heç bir yerdə onu yemək mümkün deyil. Deməli, buğda unu, küncüd yağı, bal, zəncəfil şirəsi və likyorun qarışdırılması ilə yoğrulan xəmir yağda qızardılır, sonra bala batırılır. Bu şirniyyat bərk və yumşaq formada olur.

Qangjeong isə ənənəvi ziyafətlərdə süfrələri bəzəyir. Verilən məlumata görə, düyü unundan yoğrulmuş xəmir kvadrat dilimlərə ayrılaraq kölgədə qurudulur, sonra isə yağda qızardılır. Bal və garnirdən istifadə edilir. Qoz-fındığı və ya digər istifadə edilən toxumları əzərək jocheong - taxıl siropu ilə qarəşdırararq da istifadə etmək mümkündür. Qangjeong lobya, küncüd toxumu, şam ağacının tozu, darçın və digər tərkiblərdən asılı olaraq müxtəlif növlərdə hazırlanır. Şirin və ləzzətli olduğundan. Hər kəs tərəfindən sevilir.

 

Ürəyi yanan, gəl bəri...

 

Koreya povelyonunda diqqətimizi çəkən bir qida növü də müxtəlif növlərdə çay paketləri oldu. Bildirdilər ki, qurudulmuş yarpaqlardan dəmlənən nokça adlı bu çay Azərbaycan çayı ilə eyni üsulda hazırlanır. Nokça adlı bu yaşıl çay insanı arıqladır, yorğunluğu aradan qaldırır, dərini nəmli və təravətli saxlayır.

Daeçuça adlı qurudulmuş innabdan hazırlanan çay isə azərbaycanlı iştirakçıları yaman təəccübləndirmişdi. Farmeoloji tərkibə malik bu çay insanı sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, depressiyaya son qoyur. Eyni zamanda, bu çaydan mütəmadi içməklə tərkibindəki beta-karotenin hesabına yaşlanmanın qarşısını almaq, tənəffüz yolu xəstəliklərini cilovlamaq mümkündür.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From