Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır" - SƏFİR
Tarix: 03.10.2017 | Saat: 18:30:00
Bölmə:Gündəm | çapa göndər

Almaniyanın Milli Bayramı olan Alman Birliyi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. İki ölkənin Dövlət Himni səsləndirildikdən sonra, çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkəsinin, alman xalqının birləşməsi tarixindən qısaca söz açıb. Bildirib ki, 2017-ci ildə üç yubiley qeyd edilir. "Bunlardan diplomatik əlaqələrin qurulmasının 25 illiyini və almanların Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd etmək olar. "Azərbaycan Almaniyanı qazla təmin edir. Almaniya da öz növbəsində, Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə dəstəyini verəcək". Səfir İspaniyada baş verən olaylara da münasibətini bildirdi. Dedi ki, İspaniya Almaniyanın müttəfiqidir və bu yöndə Avropa İttifaqı, artıq münasibətini bildirib. Almaniya, həmçinin Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyir. "Azərbaycan bizim iqtisadi tərəfdaşımızdır. O cümlədən bu il iki ölkə arasında biznes-forum keçiriləcək. İlin sonunda isə Berlində hökumətlərarası İşçi Qrupun iclası olacaq", - deyən diplomat alman-türk əlaqələrinin pisləşməsinə toxundu. Bildirdi ki, münasibətlərin inkişafına çalışırlar.

Səfir M.Kindsqrab bildirib ki, Almaniya ilə Azərbaycan arasında 25 il əvvəl diplomatik əlaqələr qurulub və bu illər ərzində iki ölkə arasında çox yaxşı dialoq mövcud olub. Almanların Azərbaycana marağının artdığını deyən səfir bu il Almaniyadan gələn turistlərin sayının 25 faiz artdığını diqqətəçatdırıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Almaniya xalqını və dövlətini Azərbaycan xalqı və dövləti adından təbrik edib. O bildirib ki, bu gün iki ölkə arasında siyasi dialoq mövcuddur. Bununla yanaşı Azərbaycan beynəlxalq və regional təşkilatlar çərçivəsində Almaniya iləəməkdaşlıqda maraqlıdır:“Azərbaycan - Alnaniya iqtisadi əməkdaşlığının geniş potensialı var. Çalışmalıyıq ki, iki ölkənin iqtisadiyyat üzrə işçi qrupunun imkankarından geniş istifadə edək. Noyabrda keçiriləcək iclasın faydalı olacağına ümid edirəm. Gələcəkdə Alnaniya iləəlaqələrimizin daha da genişlənəcəyinə inanırıq”.

İndi də gəlin, Almaniya Dövlətini qismən də olsa tanımağa çalışaq.
Avropanın mərkəzində yerləşən, 16 müttəfiq əyalətdən ibarət Almaniyanın ərazisi, təxminən, 357 min kvadratkilometr, əhalisinin sayı 83 milyon nəfərdir. Bütün göstəricilərinə görə, Avropa Birliyinin ən böyük subyekti olan (Almaniya ərazisinə görə dünyada 63-cü, Avropada isə 7-ci ən böyük dövlətdir. Avropanın 9 ölkəsi ilə həmsərhəddir) bu ölkənin paytaxtı Berlin şəhəridir.
Almaniyanın qədim tarixi var. Tarixi mənbələrdə german tayfalarının adına eramızdan əvvəl 100-cü ilə təsadüf edilir. Əvvəl onlar indiki Almaniyanın şimalında yaşayıblar, amma sonrakı dövrlərdə cənuba doğru yayılıblar. Təxminən, X əsrdə Almaniya ərazisi Roma İmperiyasının əsas hissəsinə çevrilib. Roma İmperiyasının süqutundan sonra - 1815-ci ildə Alman Konfederasiyası yaranıb.
1871-ci ildə bütün kiçik alman dövlətlərinin Prussiyanın rəhbərliyi altında birləşməsi ilə vahid Almaniya imperiyası yaranıb. Burada qeyd edək ki, Almaniyanı parçalamaq istəyən ölkələr həmişə səbəb tapıblar və bəzən bu səbəbi onlara elə almanlar özləri verib. Məsələn, tarixdə baş vermiş iki dünya müharibəsi belə səbəblərdən olub. Son dəfə ikinci Dünya Müharibəsinin ardıyla bu ölkəni işğal edən müttəfiqlər burada iki dövlətin əsasını qoyublar: Qərbdə Almaniya Federativ Respubliksı, Şərqdə isə Almaniya Demokratik Respublikası. Birincini ABŞ, İngiltərə və Fransa, ikincini isə SSRİ təsis etmişdi. Amma bu da uzun çəkmədi: 1990-cı il oktyabrın 3-də Almaniya yenidən birləşdi...


Güclü iqtisadiyyatı olan Almaniyada illik ÜDM, təxminən, 3,5 trilyon dollardır ki, bu göstəriciyə görə Avropada birinci, dünyada isə 4-cü yeri tutur. Bundan başqa, Almaniya ixrac həcminə görə dünyada ikinci yerdədir. Almaniya külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə isə dünyada birincidir. Ölkə ixracatının əsas hissəsini avtomobil və müxtəlif maşınlar, kimya və metal məhsulları təşkil edir. Ölkədə adambaşına düşən ümumdaxili məhsulun həcmi 42 min dollardır.
Əslində, Almaniya təbii ehtiyyatlar baxımdan kasad ölkədir. Nisbətə bol ehtiyatı qonur kömür və duzdur. Ona görə də sənayesi gətirilmə xammal əsasında çalışır. Ən iri sənaye sahələri avtomobilqayırmadır. Ortalama 227 milyard avroluq satış həcmi olan bu sahədə 777 min işçi çalışır. Sonrakı yerləri 152 milyard avro satış həcmi və 800 min işçisi ilə elektrotexnika, 142 milyard avro satış qüvvəsi və 870 min işçisi ilə maşınqayırma və 113 milyard avro satış həcmi, 430 min işçisi ilə kimya sənayesi tutur.
Almaniyanın kənd təsərrüfatı yüksək inkişaf edib. Ölkənin buğda istehsalı daxili tələbatın 80, şəkər istehsalı 85, ət istehsalı 90, süd istehsalı isə 100 faiz ödəyir. Almaniya kənd təsərrüfatı məhsullarının istehsalına görə Fransadan sonra Avropada ikinci yerdədir.
Ölkə əhalisinin 87 faizi almanlar, 5 faizi türklər, 0,7 faizi italiyalılar, 0,4 faizi yunanlar və bir o qədəri də polşalılardır.
Ölkə əhalisi dini inancına görə 30 faiz protestantlar (lüteranlar), 30 faiz katoliklər, 4 faiz müsəlmanlardan ibarətdir. Son illər Almaniyada xristianların sayı azalır, ateistlər isə artır.
Almaniyada yüksək səviyyəli təhsil mövcuddur. Burada təhsillə əlaqədar işlərə federal əyalətlər cavabdehdir. Uşaq bağçalarına gediş könüllü olsa da, orta məktəbdə 9 illik təhsil məcburidir. Bu gün Almaniyanın ali məktəblərində 2 milyon tələbə təhsil alır. Onların 48 faiz qızlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi, 69-u özəl ali məktəbdir. İldən-ilə əcnəbi tələbələrin sayı artmaqdadır.
Almaniyada xarici siyasət orqanları bir sıra özünəməxsusluğa malikdirlər. Xarici siyasət sahəsində federal torpaqların səlahiyyətləri kifayət qədər məhduddur. Xarici əlaqələrin federal orqanları ikipalatalı parlament, prezident, federal kansler və hökümət, xarici işlər naziridir. İkipalatalı parlament bundestaq və bundesratdan ibarətdir.
Ölkədəki əsas partiyalar 1945-ci ildə yaradılmış, 636 min üzvü (sədri Angela Merkel) olan Xristian Demokratik İttifaqı , 1946-cı ildə yaradılmış, 774 min üzvü olan Almaniya Sosial-Demokrat Partiyası, 90 min üzvü olan Yaşıllar Alyansı və sairdir.
Azərbaycanla Almaniya arasında əlaqələrin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. Hansı ki, XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə, "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu da tikib.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb, diplomatik münasibətlər isə 1992-ci il fevralın 20-də qurulub. 1992-ci il sentyabrın 2-də Azərbaycanın Almaniyada, sentyabrın 22-də isə Almaniyanın Azərbaycanda səfirliyi açılıb.
Bu gün Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və sədri Rövşən Rzayevdir.
Hazırda Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr yüksək vəziyyətdədir. Məlumata görə iki ölkə arasında iqtisadi əlaqələrin həcmi 2 milyard dollar civarındadır. Bu gün 169 alman şirkəti Azərbaycanda fəaliyyət göstərir və ölkəmizin iqtisadiyyatında 490 milyon dollar həcmində alman yatırımı mövcuddur.

Vüsal Tağıbəyli

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq, Almaniyanın ölkəmizdəki səfirliyinin, başda səfir Mixael Kindsqrab olmaqla, bütün diplomatlarını təbrik edirik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV