Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qanlıgöldə su səviyyəsinin qalxması sosial evlər üçün təhlükə yarada bilərmi?
Tarix: 04.10.2017 | Saat: 16:25:00
Bölmə:Reportaj | çapa göndər

Bu dəfə yolumuzu Qanlıgöldən, daha doğrusu onun səksən-yüz metrliyində tikilən sosial ev lahiyələrinin inşa olunduğu yerdən salmaq qərarına gəldik. Son günlər aramsız yağan yağışların, qurunt sularının Qanlıgölün səviyyəsinin qalxıb-qalxmamasına, tikilməkdə olan evlər üçün təhlükə yaradıb-yaratmadığını öyrənmək qərarına gəldik.

Yollandığımız ünvana gedib çıxmaq o qədər asan olmadı. Yasamal qəbiristanlığının alt tərəfi, Qanlıgöl massivinin şərq hissəsində iri tonnajlı maşınların belə hərəktinə məhdudiyyət yarada biləcək yolun kənarındakı daş-kərpic qırıqlarının üzəri ilə birtəhər 700-800 metr məsafəni qət edib “qaçqınlar məhəlləsi”nin ətrafındakı “mədain xarabələri”nə çatdıq. Burada plastik qapı-pəncərələr, dəmir əlfəcinlər, taxtalar, piştaxtalar...

Bir sözlə, hündürlüyü 4-5 metrə çatan xarabalıqların nə məqsədə qulluq edəcəyini öyrənmək üçün ərazidə yaşayanlara yaxınlaşdıq. Bildirdilər ki, Qanlıgölün sahəsini daraltmaq, yolu genişləndirmək üçün bir vaxt burada sökülən evlərin qalıqlarını həmin əraziyə gətirdilər. Qurutma işlərinə sərf edəcəklər. 

Sosial evlərə aparan yollar isə sözün əsl mənasında bataqlıqdır. Qurunt suları yolu cənginə alıb. Piyadaların hərəkəti demək olar ki, mümkün deyil. Yüksək gərginlikli elektrik xəttlərinin keçdiyi açıqlıq ərazi isə aramsız yağış sularından sonra əsl bataqlığa çevrilib.

Qanlıgölün yaxınlığında bənd-bərkitmə işlərini görüb ərazidəki podaratçılara yaxınlaşdıq. Bildirdilər ki, mövsümü yağışlarla əlaqədar olaraq adıçəkilən gölün su səviyyəsinin qalxması nəzərə alınaraq sahil xəttinə və nisbətən çökək hissələrə torpaq tökülərək bərkitmə işləri aparılıb. Müəyyən hissələr var ki, bundan sonra da həmin ərazilərdə sahil-bənd bərkitmə işləri aparılacaq. Verilən məlumata görə, payız aylarında suyun səviyyəsi 9-10 sm qalxır. Buraya tək yağış suları deyil, qurunt və ətraf yaşayış yerlərinin kanalizasiyası axdığı üçün Qanlıgölün səviyyəsində müəyyən qalxmalar müşahidə olunur. Bizə məlumat verildi ki, Qanlıgölün səviyyəsinin qalxması sosial evlərə heç bir təhlükə törətməyəcək. Qanlıgöldəki təbii proseslərə nəzarət olduğu bildirildi.

Adının açıqlanmasını istəməyən iş icraçısı onu da bildirdi ki, Qanlı Göl” ərazisi 219 hektar təşkil edir. Burada hal hazırda 27 bina inşa olunur ki, onların tikintisi gələn ilin may ayının sonuna kimi başa çatdırılacaq. Yəni tikintiyə nəzarət edən Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin (MİDA) qoyduğu tapşırıq belədir. Həmsöhbətimiz onu da qeyd etdi ki, ilkin mərhələdə istifadəyə veriləcək evlərin açılış mərasimi 2018-ci ilin 15 iyununa nəzərdə tutulur:

“Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır. Artıq ərazidə məktəb də inşa olunur. İlk mənzillər hazır olanda məktəb binası da hazır ediləcək”.

Əraziyə nəzarət edən təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, yolların düzəldilməsində “Azərbaycan Dəmir Yolları”nın texnikaları cəlb edilib. Yolların düzəldilməsi bundan sonra da davam edəcək.  

Ərazidə olarkən son iki binanın tikintisinin sürətlə davam etdiyinin şahidi olduq. Texnikalar və kranlar da işə cəlb edilmişdi. Nəzarətçilər isə bildirdilər ki, digər binalarda usta və fəhlələr çalışmır. Buna səbəb son günlər hava şəraitinin qeyri-sabit keçməsidir. Yeni tikilməkdə olan binalarda isə fəhlələrin çalışdığını gözlərimizlə gördük. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev