Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Pakistandır" - SƏFİR
Tarix: 05.10.2017 | Saat: 20:00:00
Bölmə:Gündəm | çapa göndər

Pakistanın Azərbaycandakı səfirliyi bu ölkənin müstəqilliyinin 70-ci və Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təntənəli tədbir keçirdi. Çıxış edən səfir Mohmand Said Xan Pakistanın müstəqilliyi tarixindən söz açdı. "70 il əvvəl dünya xəritəsində yeni dövlət peyda oldu ki, bu, Pakistandır. Geridə buraxdığımız illər ərzində ölkəmiz bütün sahələrdə inkişaf edərək, dünya birliyinin sayılıb-seçilən subyektlərindən birinə çevrilib", - deyən səfir bildirdi ki, Azərbaycanla da sıx əlaqələrə malikdirlər. "Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Pakistandır. Ölkələrimiz həm dövlət, həm də xalqlar səviyyəsində qardaş əlaqələrə malikdir", - səfir dedi. Çıxışdan sonra bədii hissəyə start verildi. Pakistandan dəvət edilmiş musiqiçilər bir-birindən maraqlı ifalar səsləndirdi. Azərbaycanla Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən sıx əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub.

 

Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan bütün məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış edir. Hətta Azərbaycana görə, rəsmi İslamabad indiyədək Ermənistanı dövlət olaraq tanımır. Bu arada qeyd edək ki, Azərbaycan tərəfi də BMT qətnaməsinə əsaslanaraq, Pakistanı Kəşmir probleminin həlli məsələsində dəstəkləyir. Bu müddətdə iki ölkə arasında bütün sahələrdə sıx əlaələr qurulub. Dostluq və qardaşlıq meyarlarına arxalanan ölkələrimiz bir-birinə ehtiyac duyulan sahələrdə daim dəstək verir. O cümlədən, Heydər Əliyev Fondu təhsilin inkişafı müstəvisində bu illər ərzində Pakistanda xeyli iş görüb. Məhz bu fondun təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində ən müasir standartlara cavab verən orta məktəb tikilib, istifadəyə verilib. 1995-ci ildə Pakistanın ozamankı prezidentinin Azərbaycana, 1996-cı ilin aprel ayında isə Azərbaycan Prezidenti Heydər Əliyevin Pakistana unudulmaz səfərləri iki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələrin imzalanması ilə yadda qalıb. Məhz bu səfərlərin ardıyla bu günədək iki ölkənin dövlət və hökumət başçıları, eləcə də nazirlər, parlamentarilər və sair davamlı olaraq qarşılıqlı səfərlər etməkdədirlər. Bu gün Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. İlk rəhbəri Mübariz Qurbanlı olan bu qrupa hazırda millət vəkili Zahid Oruc rəhbərlik edir. Azərbaycanla Pakistan arasında 30 sənəd imzalanıb. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev