Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan dəmir yolunun tikintisinə 100 milyon dollar yatırmağa hazırdır - Səfir
Tarix: 06.10.2017 | Saat: 15:10:00
Bölmə:İqtisadiyyat | çapa göndər

İranın şimalında yerləşən Ənzəli Azad Ticarət Zonasının icra direktoru Rza Mənsurla Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov arasında görüş keçirilib. 

hafta.az İRİB-ə istinadən yazır ki, R.Məsrur səfir B.Hüseynovla görüşdə deyib ki, iki ölkənin şimal-cənub dəhlizinin aktivləşdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün çox böyük potensialı var. O cümlədən, Ənzəli Azad Ticarət Zonası beynəlxalq dəhlizlərin aktivləşdirilməsi və yüklərin ranziti üçün yeni yolların yaradılması istiqamətində razılıqlara gəlib.

R.Məsrur xüsusi sərgilərin keçirilməsi üzrə İranla Azərbaycanın əməkdaşlığı və mövcud potensialına toxunaraq deyib ki, iki ölkənin təşkil edəcəyi xüsusi sərgi yaxın gələcəkdə iki ölkə istehsalçıları və ixracat üzrə fəallarının iştirakı ilə Ənzəli Azad Ticarət Zonasında keçiriləcək. O, həmçinin İranla Azərbaycanın birgə iqtisadi komissiyasının illik iclasının Ənzəli Azad Ticarət Zonasında keçirilməsinə hazır olduğunu da bildirib. Onun fikrincə, iki ölkə arasında sərnişinlərin daşınması və dəniz turizminin inkişafı üçün ilkin razılıq da əldə olunub.

Səfir B.Hüseynov da Xəzəryanı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində Ənzəli Azad Ticarət Zonasının rolunu əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, bu zonanın ikitərəfli ticari əlaqələr və üçüncü ölkələrin bazarında ticarət münasibətlərinin genişləndirilməsinə təsiri olacaq. Səfir həmçinin deyib ki, Azərbaycan Rəşt-Ənzəli-Astara dəmir yolunun tikintisinə 100 milyon dollar həcminə investisiya yatırmağa hazırdır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev