Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İrəvan və Moskvanın Minasyan planını Tiflis rədd etdi
Tarix: 06.10.2017 | Saat: 15:39:00
Bölmə:Siyasət | çapa göndər

Hafta.az-ın xəbərinə görə, rəsmi Tiflis Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyini təsdiq etmədi.  Ekspertlər hesab edir ki, bunun iki səbəbi var.

Birincisi, Gürcüstanda doğulan Minasyan bu ölkədə erməni separatizminə dəstək verib. Hətta deyib ki, Rusiya erməniləri qorumaq üçün Gürcüstana müdaxilə etməlidir. Minsanyan bildirib ki, Gürcüstanda yaşayan ermənilər heç vaxt Gürcüstanı özlərinə vətən hesab etməyiblər.

İkincisi, Sergey Minasyan bütün məsələlərdə Rusiyanı dəstəkləyir. Gürcüstan tərəfində ciddi şübhə var ki, Sergey Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək. Minasyanın Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqələrinə dair şübhələr də var.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, belə bir şəxsi Gürcüstan səfir olaraq qəbul edə bilməz. İrəvanın Sergey Minasyanı Tiflisə səfir kimi göndərməsinin iki səbəbi var:

“Birinci səbəb odur ki, Ermənistan hakimiyyəti Sergey Minasyanın vasitəsilə Gürcüstanda yaşayan erməniləri fəallaşdırmağa çalışacaqdı. Məsələ burasındadır ki, 1980-ci illərdə Ermənistan Azərbaycanla yanaşı Gürcüstandakı erməniləri də mərkəzi hökumətə qarşı qiyama qaldırmasına cəhd göstərib. Ancaq daha sonra fikirləşdilər ki, Ermənistan eyni zamanda həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanla düşmən ola bilməz. İndi onlar yenidən köhnə planlarına qayıdırlar. Gürcüstandakı ermənilərin fəallaşdırılması Rusiyadakı bəzi mərkəzlərin planı da ola bilər”.

Politoloqun sözlərinə görə, ikinci səbəb Rusiya və Ermənistan Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələrindən narahatdır. Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi də başa çatıb və bu dəmiryolu Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazidən də keçəcək. Bu layihələr Ermənistanı daha çox təcrid vəziyyətinə salır:

“Görünür, İrəvan və Moskva Sergey Minasyan və Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu layihələrə qarşı fəallaşdırmaq istəyir. Tiflis bu təxribatçı planların qarşısını aldı. İndi İrəvanın iki yolu var; Ermənistan hakimiyyəti Sergey Minasyanın namizədliyində israr edərsə Gürcüstanla münasibətləri daha da gərginləşdirəcək. Ya da İrəvan bir müddətdən sonra Minasyanı bir başqa namizədlə əvəz etmək məcburiyyətində qalacaq. Ancaq bu halda geri addım atan Ermənistan hakimiyyəti millətçi müxalifətin ciddi etirazıyla üzləşəcək”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev